Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.1K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Dünya birjalarında neft bahalaşmaqda davam edir.

Axar.az xəbər verir ki, “Brent” markalı neft hazırda 65,08 dollara, yüngül neft isə 61,57 dollara təklif edilir.
👍5
Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var

Hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.
🙏7
❗️DYP-dən əlverişsiz hava ilə bağlı xəbərdarlıq

Sinoptiklərin məlumatına görə, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, güclü külək və yağışla müşayiət olunacağı, temperaturun isə 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa çağırır.

Yağışlı və çiskinli hava şəraitində yollarda sürüşmə riski artır. Bu səbəbdən sürücülərdən:
• Sürət həddini yol və hava şəraitinə uyğun seçmələri,
• Ara məsafəsini gözləmələri,
• Avtomobillərinin texniki sazlığını yoxlamaları xahiş olunur.

Küləkli hava şəraitində isə xüsusilə qoşqulu, tentli və iri ölçülü yük avtomobillərinin sürücüləri yüklərin möhkəm qablaşdırılmasına və təhlükəsiz daşınmasına diqqət yetirməlidirlər.

Piyadalardan isə belə hava şəraitində daha diqqətli olmaları, səki ilə hərəkət etmələri və yolu yalnız piyada keçidlərindən keçmələri rica olunur.

Unutmayaq, təhlükəsizlik hər şeydən önəmlidir.
👍6
❗️Yardımlı rayonunda kişi qayadan yıxılıb

Rayonun Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb.

Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi ölüb.

Faktla bağlı araşdırma aparılır.
🙏8
🛫 VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəlib
👍21
Kriştianu Ronaldu özünə yeni təyyarə alıb
👍20👎1😱1
🇦🇿 Azərbaycan XİN: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq
😢42💔21🙏1
İran XİN: İran nüvə proqramı ilə bağlı aylardır artan gərginlikdən sonra ABŞ ilə bu həftəsonu danışıqlar aparacaq.
🤡14👍71
⚡️Bakıda kişi qohumunu öldürməkdə şübhəli bilinir.

Hadisə ötən gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Hüseyn Şirinov qohumu olan 1998-ci il təvəllüdlü Nail Həsənovu öldürüb. Hazırda Hüseyn Şirinovun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanılıb.
👍6