Güclü küləyə görə Şəmkirdə dam örtüyü uçan məktəbin şagirdləri köçürülüb
👍3
Rusiya və Azərbaycan Bakıdakı Rus Evi məsələsində kompromis axtarır, hamı konstruktiv və nikbindir.

Axar.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.

“Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq”, - o bildirib.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.
👍6😡1
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
👍21
ANAMA: Ötən həftə azad olunan torpaqlarda 120 mina zərərsizləşdirilib.
11🙏3👍1
Aydın Bəşir oğlu Bəşirov Qarabağ Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Qalib Şamil oğlu Həsənov icra edirdi.
👍6
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik

Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.

O, “inteqrasiya mümkünsüz idi” deyib.

D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.
👍7
İsrail əsgərləri İordan çayının qərb sahilindəki Turmus-Ayya şəhərində onlara daş ataş yeniyetmələri güllələyib.

Məlumatı şəhərin meri Adib Laffi də təsdiqləyib və öldürülən yeniyetmənin 14 yaşlı Ömər Məhəmməd Rəbiə olduğunu bildirib.

“Güllələnən yeniyetmələrdən ikisi təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə gələn ordu bölmələri ABŞ vətəndaşı olan 14 yaşlı yeniyetmənin meyitini götürüb, hələ də vermir”, - Laffi bildirib.

İsrail ordusundan isə Turmus-Ayya yolunda mülki sakinlərə daş atan terrorçuların güllələndiyi təsdiqlənib. Nəticədə 1 nəfərin öldürüldüyü, iki nəfərin isə yaralandığı deyilib.
😡26👍3🎉1
❗️ Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız kəmiyyət deyil, keyfiyyət prinsipi ilə müəyyən edilməlidir:

"Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir. 5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin".
🤡8👍4
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Paytaxtın Babək prospektində yerləşən "Maşın bazarı"nda mağaza sahibləri və işçilər etiraza qalxıblar.

İddia edilib ki, etiraza səbəb qiymət artımlarıdır.
👍17
Media is too big
VIEW IN TELEGRAM
Şəhər nəqliyyatı rahatlaşacaq: “Dərnəgül”də yeni metro deposu
👍12
DSK: Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 2 dəfədən çox artıb.
👍15
Naxçıvan şəhərində ehtiyatsızlıq edərək binadan yıxılan kişi ölüb.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsində baş verib.

1940-cı il təvəllüdlü Tofiq Həbib oğlu Əsədov ehtiyatsızlıqdan yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, dünən gece saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.
👍4🙏2
Bakıda bir ailənin üzvləri zəhərlənib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Mircəlal küçəsi ev 137 A mənzil 37-də qeydə alınıb.

Orada yaşayanlar - 1952-ci il təvəllüdlü Aydın Əliabbas oğlu Şükürov, arvadı 1954-cü il təvəllüdlü Rəna Məmməd qızı, oğlu, 1977-ci il təvəllüdlü Ramin yaşadıqları evdən qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.
👍4🙏3
‼️Cəbrayılda minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya olunub.
🙏8👍3