This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-da Rusiyaya nifrət təbliğat yolu ilə aşılanır.

Kult.az xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stoun deyib.

“Onlar çinlilər kimi potensial olaraq ən yaxşı tərəfdaşlarımızdır. Bizdə belə bir mentalitet var ki, onlar düşməndir. Bütün bunlar təbliğatla aşılanır. Çinə, Rusiyaya getsən, belə qəzəbli söhbət eşitməzsən”, - o bildirib.
👍9
🇦🇿🇮🇷 Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır
👍20🤡1
❗️Britaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ağdam və Cəbrayıl rayonlarında baş verən mina hadisələri ilə bağlı başsağlığı verib.
👍26
☀️Sabah 31 dərəcə isti olacaq
🙏9👍1
🇨🇳🇷🇺🇮🇷Moskvada Çin-Rusiya-İran məsləhətləşmələri keçiriləcək

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva, Pekin və Tehran məsləhətləşmələri aprelin 7-8-də keçiriləcək.
👎8👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənilər mövqelərimizi belə atəşə tutdu
😡36🤬9
Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.
👍1
Güclü küləyə görə Şəmkirdə dam örtüyü uçan məktəbin şagirdləri köçürülüb
👍3
Rusiya və Azərbaycan Bakıdakı Rus Evi məsələsində kompromis axtarır, hamı konstruktiv və nikbindir.

Axar.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.

“Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq”, - o bildirib.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.
👍6😡1
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
👍21
ANAMA: Ötən həftə azad olunan torpaqlarda 120 mina zərərsizləşdirilib.
11🙏3👍1
Aydın Bəşir oğlu Bəşirov Qarabağ Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Qalib Şamil oğlu Həsənov icra edirdi.
👍6
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik

Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.

O, “inteqrasiya mümkünsüz idi” deyib.

D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.
👍7