Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
34.9K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
ABŞ-da Donald Trampa qarşı cinayət araşdırmalarında çalışan ondan çox məmur işdən qovulub. Baş Prokurorluq onların yeni dövlət başçısının administrasiyasının etimadına layiq olmadığı qənaətinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“İşdən çıxarılma prosesi Tramp administrasiyasının Kapitoliyə hücumda ittiham olunanlara qarşı cinayət işlərinə nəzarət edən prokurorları araşdırmaq üçün konkret addımlar atdığı bir zamanda başlayıb. Tramp seçkiqabağı kampaniyasının əsas vədi kimi qisas alacağına söz verib”, - məlumatda deyilir.
👍3
Media is too big
VIEW IN TELEGRAM
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması işinin təşkili, profilaktikası, təbliğatı, #təmizsaxla aksiyası davam etdirilir.
👍11
Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
👍10
Yunanıstanın "Olimpiakos" klubunun futbolçuları UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ"a qalib gələcəkləri təqdirdə böyük məbləğdə mükafat qazanacaqlar.

Axar.az yerli SDNA nəşrinə istinadən xəbər verir ki, bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis ölkə çempionatının XX turunda “Panatinaikos”la oyundan (2:2) sonra komanda ilə danışarkən məlumat verib.

"Bilirsiniz ki, cümə axşamı baş tutacaq matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. "Qarabağ"ı məğlub etsəniz, böyük bonus qazanacaqsınız. Bütün gücünüzü verməlisiniz, siz ən yaxşısınız".

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Qızılalma”dan daha bir uğur: Bayraqdar paylaşdı
27🤡1
Qurban Yetirmişli: Azərbaycanda zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️❗️ Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬17
Ötən il 178,1 milyon dollarlıq pambıq lifi ixrac edilib
👍5
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Vətən stadionu sökülür.
👍7🤨2
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
👍2