Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
34.9K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
⚡️”BakuBus” MMC Gəncə şəhərində müasir avtobus parkı tikəcək.
👍3
Sabah – 29 yanvarda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Axar.az xəbər verir ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Buna görə də 29 yanvar qeyri-iş günü olacaq
👍4
İsrail İranın dövlət televiziyasının Qəzzadakı müxbirini saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Yayımları Təşkilatının rəhbəri Peyman Cəbali deyib.

“Əldə etdiyimiz məlumata görə, jurnalist sionist rejim tərəfindən əsir götürülərək nəzarətə alınıb. Ailəsi bu məsələnin geniş işıqlandırılmasını istəmədiyi üçün o, hələ də İsrail rejiminin əsiridir. Ümid edirik ki, o, tezliklə azadlığa çıxacaq”, - o bildirib.
👍4🤬4🤣1
3 yaşlı uşaq dünyasını dəyişib.

Hadisə yanvarın 27-si saat 12 radələrində baş verib.

İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə ilə Göyçay rayon xəstəxanasına aparılıb və orada ölüb.
👍2👎1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Şabranda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.

Axar.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclasda vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.

Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılmış və Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilib.
👍2
DİN süni intellektlə bağlı xəbərdarlıq etdi:

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.

Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
👍51🤓1
ASAN Müraciət informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliik edilib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ASAN Müraciət informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısna Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti də əlavə edilib.
👍8
Milli Qəhrəman İqor Kşnyakinin oğlu Oleq atasının məzarını ziyarət edib.

Oleq mərhum atasının yolu ilə gedir. O, "UTair" aviaşirkətinin pilotudur.
👍47
✍️ Magistraturaya sənəd qəbulu başa çatıb, 22 minə yaxın bakalavr ərizəsini təsdiqləyib
👍5
ABŞ-da Donald Trampa qarşı cinayət araşdırmalarında çalışan ondan çox məmur işdən qovulub. Baş Prokurorluq onların yeni dövlət başçısının administrasiyasının etimadına layiq olmadığı qənaətinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“İşdən çıxarılma prosesi Tramp administrasiyasının Kapitoliyə hücumda ittiham olunanlara qarşı cinayət işlərinə nəzarət edən prokurorları araşdırmaq üçün konkret addımlar atdığı bir zamanda başlayıb. Tramp seçkiqabağı kampaniyasının əsas vədi kimi qisas alacağına söz verib”, - məlumatda deyilir.
👍3
Media is too big
VIEW IN TELEGRAM
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması işinin təşkili, profilaktikası, təbliğatı, #təmizsaxla aksiyası davam etdirilir.
👍11
Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
👍10
Yunanıstanın "Olimpiakos" klubunun futbolçuları UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ"a qalib gələcəkləri təqdirdə böyük məbləğdə mükafat qazanacaqlar.

Axar.az yerli SDNA nəşrinə istinadən xəbər verir ki, bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis ölkə çempionatının XX turunda “Panatinaikos”la oyundan (2:2) sonra komanda ilə danışarkən məlumat verib.

"Bilirsiniz ki, cümə axşamı baş tutacaq matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. "Qarabağ"ı məğlub etsəniz, böyük bonus qazanacaqsınız. Bütün gücünüzü verməlisiniz, siz ən yaxşısınız".

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Qızılalma”dan daha bir uğur: Bayraqdar paylaşdı
27🤡1