Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.

"Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə saytımıza da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt "Union Logistika"nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda "Union Logistika" şirkətini yaradıb.
👍12🤔21
🎓Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.
👍2
Aşqar istehsalı ilə məşğul olan Sumqayıt Aşqarlar ASC-nin rəhbəri dəyişib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl şirkətin baş direktoru vəzifəsinə Səxavət Ədalət oğlu Hüseynli təyin edilib. O, bu vəzifədə Rasim Dadaşevi əvəzləyib.

Bugünlərdə ASC adını da dəyişdiyini açıqlayıb. Belə ki, şirkət adını dəyişərək Sumqayıt Aşqarlar Oil Refinery ASC-yə çevrildiyini elan edib.
👍2
Belarusda keçirilən prezident seçkikərində Lukaşenko 86,82 faiz səslə liderdir.
🤣153🤡3
İki ölkə başçıları arasında əldə olunan razılaşmalara əsasən, Araz Tranzit Dəhlizinin tikintisi ilə eyni vaxtda Kəlalə sərhəd-buraxılış məntəqəsində yeni sərhəd və gömrük terminalının yaradılması təsdiq edilib və tikintisi davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin gömrük nəzarətçisi Sadiq Namdar məlumat verib.

“Kəlalədə yeni terminalın açılması ilə İran və Azərbaycan arasında iqtisadi və tranzit əlaqələri asanlaşdırılacaq və əhəmiyyətli dərəcədə artırılacaq", - Namdar deyib.
👍6
❗️Vətəndaşı şantaj edərək 20 min manata yaxın pul alan kişi həbs olundu
👍7🤬3
Bu gündən “Keşlə bazarı”nın “Eurohome” tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə başlanılıb.
👎4👏3
Azərbaycan Hava Yolları QSC-nin balansında olan helikopterlər üzrə 30 yanvarda keçirilməsi nəzərdə tutulan hərrac sifarişçinin müraciəti ilə dayandırılıb.

Axar.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Hərraca 4 ədəd helikopterin çıxarılması gözlənilirdi.
👍4
İsrail razılaşmanın birinci mərhələsində bütün girovların siyahısını HƏMAS-dan alıb
🤣4👍1
Bir milyona yaxın fələstinli HƏMAS və İsrail arasında atəşkəs razılaşmasından sonra Qəzzanın şimalındakı evlərinə qayıdır
👍22🤣32
Səhiyyə Nazirliyi: Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək
👍5
🇺🇸 Tramp administrasiyası immiqrasiya pozuntularına görə saxlanılanların sayının gündə bir neçə yüzdən 1500-ə qədər artırılmasına göstəriş verib.
👍3😁2
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi başlayıb.
👍7