Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
❗️⚡️⚡️Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb.
👍30🤓5🤔3👌3🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İqor Kşnaykinin qəzadan öncəki səs yazısı - Video
🕊46😢177👍6
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
11. Zərifə Əliyeva küçəsində;
12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
👍5
Donald Trampın ABŞ prezidenti kimi səlahiyyət müddəti bitdikdə - 4 ildən sonra NATO daha da güclü olacaq və ola bilsin ki, Ukraynanı üzvlüyə qəbul edəcək.

Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

"Ümid edirəm ki, o zaman daha güclü NATO - NATO 3.0 görəcəyik", - o bildirib.

Finlandiya prezidenti qeyd edib ki, ABŞ heç bir başqa alyansda təhlükəsizliyini və Avropada maraqlarını bu qədər etibarlı şəkildə təmin edə bilməz.

Prezident hesab edir ki, Trampın dövründə NATO üzvlərinə hərbi xərcləri artırmaq üçün təzyiq daim olacaq.
😁7🤡2👍1
Naməlum silahlı şəxslər Boliviyadakı Venesuela səfirliyini atəşə tutub

Yanvarın 26-da, səhər saatlarında Venesuelanın Boliviyadakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub və binanın fasadına ziyan dəyib.

Bu barədə Boliviyanın xarici işlər naziri Selinda Sosa məlumat verib.

O, Boliviya hakimiyyətinin Venesuela diplomatlarının hüquq və toxunulmazlığını pozan bu vandalizm aktlarını qətiyyətlə pislədiyini bildirib.

Sosa həmçinin qeyd edib ki, hadisə ilə bağlı müvafiq orqanlar araşdırma aparır.
👍4😁1
Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür
🤬13
❗️Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7
Dünya birjalarında neft yenidən ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,00 dollara, yüngül neftin bir barreli isə 74,13 dollara satılır.
👍31
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
👍8
İranın Laşar şəhərində 4,6 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, zəlzələnin episentri Laşar şəhərinin Espəke bölgəsində, yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
👍5💔2🎉1
Azərbaycanlı gənc oğlan Rusiyanın paytaxtı Moskva şəhərində bıçaqlanıb.

Axar.az Unikal-a istinadən xəbə verir ki hadisə onun işlədiyi mağazada baş verib.

Belə ki, 23 yaşlı Ağayev Elmar Elnur oğlu bir neçə bıçaq xəsarəti alıb.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
🙏7👍5😢41
Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.
👍11
❗️ Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub

Bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.

"Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə saytımıza da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt "Union Logistika"nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda "Union Logistika" şirkətini yaradıb.
👍12🤔21
🎓Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.
👍2