Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.3K photos
20.7K videos
7 files
32.3K links
Download Telegram
Türkiyənin məşhur menecerlərindən olan Ayşe Barım "Gezi Parkı" hadisələrində iştirak etdiyi iddiası ilə saxlanılıb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar nəticəsində Barımın "Gezi Parkı" hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. Belə ki, o, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.

Barım "Gezi Parkı" hadisələrinin digər təşkilatçıları olan Memet Ali Alabora, Mehmet Osman Kavala və Çiğdem Mater Utku ilə sıx əlaqədə olub.

Barımın şirkəti "ID Danışmanlık Limited" vasitəsilə bir sıra məşhur sənətçiləri də hadisələrdə iştirak etməyə yönləndirdiyi bildirilir.

Ayşe Barım Türkiyə hökumətini devirməyə və ya onun fəaliyyətinə mane olmağa cəhd etmə ittihamı ilə saxlanılıb. Prokurorluq tərəfindən Barımın evi və ofisində axtarışlar davam edir. "Gezi Parkı" hadisələri ilə bağlı araşdırmalar genişləndirilmiş şəkildə davam etdiriləcək.
👍7
☄️Bakıda gənc oğlan itkin düşüb.

Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan 18 yaşlı Qarayev İlham Elşad oğlu səhər saat 8:30-da işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏2
Donald Tramp Con Kennedi sui-qəsdi ilə bağlı minlərlə məxfi sənədin açıqlanması barədə göstəriş verib.

Cümə axşamı prezident tərəfindən imzalanan icra sərəncamı həmçinin Robert F. Kennedi və Rev. Martin Lüter Kinqin qətlləri ilə bağlı qalan federal qeydlərin məxfiliyinin aradan qaldırılmasını nəzərdə tutur.
👍3
❗️Ukrayna PUA-larının Moskvaya hücumu nəticəsində Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🎉2
Ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynovun həlak olması barədə məlumat yayılıb. Rəsmi açıqlamaya görə, əsgər odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb və 2018-ci ildə məzun olub.

Camal Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə "Bravo" marketlər şəbəkəsində çalışıb.

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.

Hadisə barədə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
😢17👍1
Cərimələrdən daxil olan vəsaitin yol hərəkətinin nizama salınmasında istifadə olunan işıqforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
👍6
Bölgələr üzrə pensiya ödənişi həyata keçirilib.

Axar.az xəbər verir ki, bu gün təqaüdçülərin bank hesabına pul köçürülüb.

Qeyd edək ki, yanvar ayında nəzərdə tutulan artımlar hələ ödənilməyib. Pensiya artımları yanvarın 1-dən hesablanacaq, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.
👍6
⚡️ Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik Klinikası”nda yoxlamalar aparılıb və fəaliyyəti dayandırılıb.
Qəbələdə göldə batan şəxsin meyiti tapıldı
BP “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır.
👍4
⚡️⚡️⚡️⚡️⚡️: AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

O qeyd edib ki, Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb
20👍8❤‍🔥3
Ermənistan parlamenti AB-ə üzvlüklə bağlı qanun layihəsinə fevralda baxacaq.
⚡️⚡️⚡️Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qara qutularının surətləri Azərbaycan və Rusiyaya verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9