Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Qoool

"Qarabağ" 2-1 FCSB 40'
👍12
"Qarabağ" 2-2 FCSB 45+4'
İrəvanda turistlərə, görün, hansı Ermənistan xəritəsi satılır - Foto
🤮7🤬4👍2👀1
"Qarabağ" 2-3 FCSB 73'
👎11🤣6
"Qarabağ" UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunda Rumıniyanın FCSB komandasına 3-2 hesabı ilə məğlub oldu.
🤣8👍5😢1
Neftin qiyməti aşağı düşərsə, Ukraynada münaqişə bitə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Davos Dünya İqtisadi Forumunda videoformatda çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə nail olmaq lazımdır.

“Rusiya və Ukrayna arasında münaqişə dərhal dayandırılmalıdır. Nə qədər ki, neftin qiyməti yüksəkdir, bu münaqişə davam edəcək, biz neftin qiymətini aşağı salacağıq və Rusiya müharibəni dayandıracaq”, - Tramp bildirib.

O qeyd edib ki, bu cür tədbirlər çoxdan həyata keçirilməli idi:

“Ukrayna müharibəni dayandırmağa hazırdır, məsələ Rusiyanın ixtiyarındadır. Rusiyadan soruşun ki, müharibə bu il bitəcəkmi?”
👍10😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ziya Bünyadov prospektinə gedən yol bağlıdır
👍3
Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-a səfəri planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

“Fevralın əvvəlində Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri planlaşdırılır. Baş nazir 5-ci illik Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində, həmçinin "Milli Namaz Səhər yeməyi"ndə iştirak edəcək”, - məlumatda bildirilib.
👍5🤮2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣9🎉42😨2
Bir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rufət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü İnstaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
👍12