Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
⚡️İlkin hərbi qeydiyyata getməməyə görə cərimə məbləği 30 manatadan 100 manata artırılır.
❗️Bu gecə metropolitenin iş vaxtı 1 saat uzadılacaq

“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
⚡️⚡️Hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız bu hallarda daşıya bilərlər:

- Rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə;

- Ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində;

- "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə.
👍9
❗️Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7
☄️Paşinyan: Ermənistan Azərbaycanla sülh yaratmaq səylərini davam etdirir. Biz beynəlxalq ictimaiyyətdən dəstək gözləyirik.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
📢 “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə İş Planında əks olunub.

Qanun layihəsini parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xəbər verdiyimiz kimi, "Qarabağ" FCSB matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl stadionda gəzir
5
Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun proses keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
👍13😱1
Paşinyan: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq.
😁2
NATO Baş katibi Mark Rutte Davosda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Baş katib Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq edən səyləri dəstəklədiyini bildirib.
👍3
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi
Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib.

İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib.

İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib.

Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb.

Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
👍2
🚨🇹🇷Türkiyənin Elazığ ilçəsində yerləşən mədən ocağında partlayış baş verib.

İlkin məlumatlara görə, 2 işçi uçqun altında qalıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏8👍1