Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Filippində güclü zəlzələ qeydə alınıb

Yeraltı təkanlar 23 yanvar, Bakı vaxtı ilə 04:39-da baş verib. Zəlzələnin maqnitudası 5,7 olub. Episentr təxminən 3,5 min sakini olan Liloan qəsəbəsindən 7 kilometr cənub-şərqdə və 191 min nəfər əhalisi olan Ormok şəhərindən 117 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi polis polkovnik-leytenantı Rafiq Məmmədov vəzifəsindən azad edilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Digər əmrlə, polkovnik-leytenant R.Məmmədov Suraxanı DYP-nin rəisi vəzifəsinə təyinat alıb.
👍3😁1
📢 Ağadadaş Ağayevin məhkəməsində sonuncu şahidlər ifadə verib, proses yekunlaşır

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.

Şahid Xuraman Abbasova bildirib ki, "Medera" hospitalda xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub.

Prosesdə şahid qismində ifadə verən "Medera" hospitalın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasıyca gəldiyinin şahidi olub.

Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Davos İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş paneldə deyib.

“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlar yox, trilyonlarla dollar lazım olacaq. Bu halda NATO-nun Qərbi mühafizə etməsi indi müzakirə etdiyimiz hər şeydən daha baha başa gələcək”, - o bildirib.

O, atəşkəs barədə daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.
🤡6👍4👎2🤣2
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa etdi
30🤣15👍4
❗️"Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı hələ planlaşdırılmır" - Peskov
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣6
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib.
👍2😱1
❗️Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan:

"Azərbaycana sülh danışıqları üzrə təkliflər göndərmişik. Reaksiyasını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gələ bilmədiyi iki maddəni əhatə edir".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yanvarın 13-də Lənkəranda Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçıların axtarışları davam edir.

Axar.az xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri cəlb edilib.

Helikopter axtarışlara başlayıb.
2
Rusiya ordusu Donetsk vilayətinin Solenoye yaşayış məntəqəsini ələ keçirib.
8👎5👍1
❗️FHN: Qəbələnin Nohurqışlaq kəndində göldə 1 nəfər batıb.

Xilasedicilər axtarışlara cəlb olunublar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
⚡️ Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən "Xırdalan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
🤡2