Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Abadlaşan, yenidən qurulan Xankəndi
Xankəndidə həyat yenidən canlanır. Abadlaşan, yenidən qurulan şəhər günbəgün simasını dəyişir.
18👍9
Bakıda pablardan birində saxta alkoqollu içkilər aşkarlanıb
👍3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Bakıda pablardan birində saxta alkoqollu içkilər aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən "Moon Pub"da yoxlama keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı fiziki şəxs Zaur İslam oğlu Əliyevə məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin, ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
👍61
"Qarabağ"ın heyətində dəyəri ən yüksək olan futbolçular siyahısına sağ cinah hücumçusu Leandro Andrade başçılıq edir. Onun dəyəri 2 milyon avrodur.
8👍2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında bacısı Arzu Əliyevanı ad günü münasibətilə təbrik edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14🤮72🤣2
Ümid edirəm ki, iranlılar nüvə silahı əldə etməkdən əl çəkəcəklərini birdəfəlik bəyan etməyin vacibliyini başa düşəcəklər.

Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Davosda çıxış edən baş katib əsas məsələnin İran, onun İsrail və ABŞ-la münasibətləri olduğunu bildirib:

“Tehran bölgə ölkələri və ABŞ-la münasibətlərin normallaşdırılması üçün ilk addımı atmalıdır”.
👍7🤡3😁1
Filippində güclü zəlzələ qeydə alınıb

Yeraltı təkanlar 23 yanvar, Bakı vaxtı ilə 04:39-da baş verib. Zəlzələnin maqnitudası 5,7 olub. Episentr təxminən 3,5 min sakini olan Liloan qəsəbəsindən 7 kilometr cənub-şərqdə və 191 min nəfər əhalisi olan Ormok şəhərindən 117 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi polis polkovnik-leytenantı Rafiq Məmmədov vəzifəsindən azad edilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Digər əmrlə, polkovnik-leytenant R.Məmmədov Suraxanı DYP-nin rəisi vəzifəsinə təyinat alıb.
👍3😁1