Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
2025-ci ildə dünyada vəziyyət sakit olmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Artıq bu gün aydındır ki, 2025-ci il sakit il olmayacaq. Regional və qlobal oyunçuların nə qədər sağlam düşüncə və təmkinli olmasından çox şey asılıdır. İndi birqütblü, ölümcül dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidiyik. Bu prosesin təbii ki, öz təhlükələri var, çox çətindir”, - Narışkin bildirib.
👍5
Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Mustafa Vəli oğlu Mustafayev Naxçıvan Sukanalizasiya İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Digər əmrlə həmin vəzifəyə Samir Baxşəliyev təyin olunub.
❗️İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
👍10🤬1
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək.
👍2
Jurnalist İlham Alışanov vəfat edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, ötən gün vəfat edib.

İlham Alışanov şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İlham Alışanov uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də çalışıb.
🙏5👍21
⚡️Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycanla genişmiqyaslı müharibə ehtimalını az hesab edir
🤓4
Bu gün yerli vaxtla 09:12-də İranın Buşehr əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerin 18 km dərinliyində meydana gələn zəlzələnin episentri vilayətin Cəm rayonunda olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.
🎉2
🚆⚡️ Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub

Vağzalda aparılan işlər zamanı fəhlə ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkmişin kimliyi dəqiqləşdirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Bakının Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”da bir neçə gündən sonra söküntü işləri başlayacaq

Söküntü işləri başlamazdan əvvəl bazarda tiracətlə məşğun olan sahibkarlar Dərnəgüldə salınan yeni “Keşlə bazarı”nda fəaliyyət göstərəcəklər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7
Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq

Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə İş planına məsələ daxil edilib.

Bildirilib ki, deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlər, aqrar sahədə əldə olunan nəticələrlə tanış olacaqlar.
🤡2
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfəri zamanı “Tretyakov” muzeyində görkəmli rəssam İvan Kramskoyun “Naməlum qadın” əsərinə uzun-uzun baxıb.

Sözügedən rəsm əsəri Azərbaycanın “Fəryad” filmində də yer alıb.
😁7👍2
Tanınmış aktyor, əməkdar artist Nazir Rüstəmovun oğlu Elxan Rüstəmov dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Gəncin hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.
31🙏1