Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.1K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
İmişlidə qəzada zərərçəkmiş şəxslər DİN-nin rəhbərliyi tərəfindən qəbul edilib
Lənkəranda təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
👍4
⚽️ Bu gün UEFA Avropa Liqasında daha bir görüş keçiriləcək.

Liqa mərhələsinin VII turunda "Beşiktaş" doğma meydanda "Atletik Bilbao"nu qəbul edəcək.

🎫 Qarşılaşmanı Yulian Ueynberqin başçılıq etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək.

⏱️ Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ağdaşda yeddi yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Axar.az xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Araşdırma aparılır.
😢13👍3
🛢Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,53 dollar və ya 0,64 faiz azalaraq 82,42 dollar olub
👍2👎1
❗️ Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

Bu barədə Dardanel boğazında Naviqasiyaya Nəzarət Xidməti məlumat yayıb.

“Duman səbəbindən məhdud görüntü şəraiti yarandığına görə saat 06:17-dən Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb. Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq", - məlumatda bildirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
❗️❗️❗️DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib

Müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sosial mediada, Yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.

Axar.az xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
3
❗️❗️❗️AMB: İllik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️❗️❗️AMB: İllik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir.
❗️❗️❗️Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Milli Məclisin sədri Sahibə Qafarova Romada Azərbaycan səfirliyində olub.
👍6
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
İmişlidə qəzada zərərçəkmiş şəxslər DİN-nin rəhbərliyi tərəfindən qəbul edilib
❗️Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənləri qəbul edib

▪️DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

▪️Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

▪️Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.
👍3🤡1
Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

Axar.az Report-a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.
👍3
❗️ Bülletenlərin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb

Proses yanvarın 23-də yekunlaşacaq.

Daha sonra bülletenlər məntəqə seçki komissiyalarına paylanılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣4👍2
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə matəm elan olunub

Bununla əlaqədar ölkə ərazisində dövlət bayrağı yarıya qədər endirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41