🚘 Yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
👍3
❗️CNN: Ukraynada müharibəni bitirmək məsələsinə andiçmə mərasimində az toxunulması ABŞ-ın yeni Prezidenti Donald Tramp üçün bunun çox çətin olacağından xəbər verir.

Bəs Trampın "Ukrayna planı" nədir?

ƏTRAFLI:
https://axar.az/news/planet/938384.html
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
⚡️ Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
İmişlidə qəzada zərərçəkmiş şəxslər DİN-nin rəhbərliyi tərəfindən qəbul edilib
Lənkəranda təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
👍4
⚽️ Bu gün UEFA Avropa Liqasında daha bir görüş keçiriləcək.

Liqa mərhələsinin VII turunda "Beşiktaş" doğma meydanda "Atletik Bilbao"nu qəbul edəcək.

🎫 Qarşılaşmanı Yulian Ueynberqin başçılıq etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək.

⏱️ Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ağdaşda yeddi yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Axar.az xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Araşdırma aparılır.
😢13👍3
🛢Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,53 dollar və ya 0,64 faiz azalaraq 82,42 dollar olub
👍2👎1
❗️ Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

Bu barədə Dardanel boğazında Naviqasiyaya Nəzarət Xidməti məlumat yayıb.

“Duman səbəbindən məhdud görüntü şəraiti yarandığına görə saat 06:17-dən Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb. Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq", - məlumatda bildirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
❗️❗️❗️DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib

Müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sosial mediada, Yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.

Axar.az xəbər verir ki, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
3
❗️❗️❗️AMB: İllik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️❗️❗️AMB: İllik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir.
❗️❗️❗️Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Milli Məclisin sədri Sahibə Qafarova Romada Azərbaycan səfirliyində olub.
👍6