This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Sumqayıtda yataqxanada yanğın olub, 11 nəfər bina sakini təxliyə edilib

Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılan vətəndaşlar Hərbi Həkim Komissiyalarının həkim-mütəxəssisləri tərəfindən tibbi müayinələrə cəlb olunurlar.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Bu məqsədlə çağırışçılar təyin olunmuş tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq qeydiyyatçıya özlərini təqdim etməlidirlər. Tibb müəssisəsinin qeydiyyatçısı tərəfindən çağırışçının adı e-təbib Xəstəxana İdarəetmə Sisteminin Hərbi çağırışçı modulunda müəyyən olunduqdan sonra tibbi müayinələrin aparılmasına başlanılır. Məlumat üçün bildiririk ki, bu tibbi müayinələr müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB-in tabeliyində olan və digər dövlət tibb müəssisələri tərəfindən icbari tibbi sığorta hesabına ödənişsiz təmin olunur.

Bu tibbi müayinələrə elektrokardioqrafiya, flüoroqrafiya, qarın nayihəsinin, böyrəklərin və qalxanabənzər vəzin ultrasəs müayinəsi, qanın ümumi analizi, sidik analizi, Hepatit B, Hepatit C, sifilis və QİÇS xəstəliklərinə görə analizlər, eləcə də narkoloji müayinələr daxildir.

Müayinə nəticələri hərbi çağırışçı moduluna daxil edildikdən sonra çağırışçılar həkim-mütəxəssislərin baxışından keçirilir, ehtiyac yarandığı halda ixtisaslı müayinələrin aparılması təmin olunur və yekun rəy elektron qaydada imzalanır", - məlumatda bildirilib.
👍2
"Tiktok"da səhifə açaraq vətəndaşları işə düzəldəcəyini vəd edən və 57 nəfərin pulunu mənimsəyən şəxs saxlanılıb
👍2
Tiktokda işə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxlayıb.
👍17
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Fərid Səfərli ölkəmizə təhvil verildi
Ötən gün İranda həbsdən azad edilərək Azərbaycana gətirilən Fəridin anası Dilara xanım yazır:

"18 Yanvar 2025, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Əlbəttə mən istəyərdim daha tez olsun, amma açığını desəm Fəridin Sepah adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər .Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona : "Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub , buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm!
Fəridin başına gələnlər haqqında bütövlükdə danişsam düşünürəm ki, bir statusa siğmaz, bəlkə də bir kitab yazmaq olar. Ona heç bir aiddiyatı olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair , və sair.Və düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir( İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardir).Deyir bütün bu işləri görən adamlar, hələ azanın vaxtı gələndə tez prosesi dayandirib, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edəndə, bu vəhşilər uşağa əziyyət ediblər ki sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər Sepahın terroristləri istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.
Sepahın istintagı gedərkən ilk 51 gün ( ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə)kiçik bir otagda tək- tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yagdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb.Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər.Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər.Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək.
Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm:
“İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən.Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu.”
Sonda bu azadlığa sevinən, məni təbrik edən hər kəsə təşəkür edirəm!
Prezident Administrasiyası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
"
👍82🤡1
İnsult keçirən xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
🙏121
☄️Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Elon Musk Trampı nasist salamına bənzər bir jestlə qarşıladı

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub
🤮6👍3
🚀 Polşanın “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları (PUA) NATO missiyası çərçivəsində Türkiyədəki “İncirlik” bazasında yerləşdirilir.
👍2
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.
⚡️⚡️⚡️Bakı metrosundan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb

İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb.

Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib.

Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍82
❗️Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçiriləcək

Bununla əlaqədar parlamentin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Dinləmənin yaz sessiyası ərzində reallaşdırılacağı qeyd edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🤡1
❗️ İndoneziyada torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️ Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla ordunun baş psixiatrı saxlanılıb.

Onun müharibə müddətində 1 milyon dollardan çox qazanc əldə etdiyi məlum olub.

Saxlanılan şəxs həm də Hərbi Həkim Komissiyasının sədr müavini vəzifəsində çalışıb, orduya çağırılanların xidmətə yararlılığı ilə bağlı qərarlar qəbul edib.

O, əldə etdiyi bütün əmlakı həyat yoldaşının, uşaqlarının və digər yaxınlarının adına rəsmiləşdirib.
👍41
Buzovnadakı “Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb