Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
36.1K photos
21.4K videos
8 files
32.6K links
Download Telegram
Xəbər verildiyi kimi Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.
👍9
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
👍1
Rusiya ordusu Vozdvijenkanı da işğal etdi
👍18👎11
18.01.2025-ci il tarixində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alan və Yeni Klinikaya təxliyə olunan qızın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Axar.az xəbər verir ki barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunur ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.
Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.
Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ötən gün İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
😢13👍3
Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Axar.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
👍103
Azərbaycanın Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
Kult.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan qeyd edib.
O bildirib ki, Ə.Həsənov bir neçə gündür, xəstəxanadadır.

“Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir”, – V.Ayan deyib.
😢7👍1
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bu gün bağlanan Tiktoku xilas etməyə çağırıb.
Axar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” səhifəsində yazıb.
“Tiktoku xilas edin!”, - Tramp bildirib.

Qeyd edək ki, bu gün Tiktok tətbiq olunan qadağa səbəbindən ABŞ-da fəaliyyətini dayandırıb. Tramp Tiktokun bağlanmasını 90 gün ertələyə biləcəyi haqda açıqlama vermişdi.
👍8🏆5
İsrail HƏMAS, FƏTH, İslami Cihad kimi terrorçu qruplaşmaların 90 üzvünün azad edilməsinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Həbsxanalar Xidməti (ŞABAS) məlumat yayıb.
Məlumata görə, saxlanılanların 78-i İudeya və Samariya, 12-si isə Qüdsdəki həbsxanalardan buraxılacaq.
👎85🤣4👍1
🇦🇲🇹🇷 Ermənistan axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə təhvil verib

Ermənistan İnterpolun sorğusuna cavab olaraq, Ermənistan bu ölkənin ərazisində mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
👍25
Rusiyanın havadan müdafiə sistemləri Kursk vilayəti üzərində Ukrayna raketini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın regional operativ qərargahı məlumat yayıb.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
👍6👎31
HƏMAS 3 israilli qadın girovu azad etdi
19🤣8👍5
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
👍219
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Göygöl Milli Parkının incilərindən biri olan Maralgöl buz bağlayıb.
👍26😍1
❗️Tiktok Trampın zəmanəti ilə ABŞ-də fəaliyyətini yenidən bərpa edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎25👍5🤣3
Media is too big
VIEW IN TELEGRAM
Donald və Melania Tramp atəşfəşanlığ altında Vaşinqtona daxil olurlar.
👍121
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍33
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının Rəfah şəhərindən texnikasını geri çəkməyə başlayıb

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

“İsrail hərbçiləri öz texnikasını cənubdakı Rəfah şəhərinin mərkəzindən çıxarmağa başlayıblar”, - nəşr yazıb.

Geri çəkilmənin Misirlə cənub sərhədi boyunca Filadelfiya dəhlizi adlanan ərazidə həyata keçirildiyi bildirilib.
👍16👎2
🥀20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi

Bu gün 20 Yanvar faciəsindən 35 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verdi.

Lakin bu tarix yaddaşlarda öz azadlığına can atan xalqın birlik və mübarizəsinin rəmzinə çevrilərək milli azadlıq hərəkatımızın zirvəsi kimi qaldı.

Allah şəhidlərimizə rəhmət eləsin!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏26👍9💔6😭3
❗️🥀Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
🙏26💔8👍1