Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.
😨3
Media is too big
VIEW IN TELEGRAM
“Simpsonlar” ABŞ-dakı yanğını proqnozlaşdırıbmış
🤡154❤‍🔥1
Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul başlanılıb

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 13 yanvar - 15 fevral 2025-ci il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
👍7
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
👍10👎1
Ötən il itkin düşmüş Salyan sakininin arvadı tərəfindən yox, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.
👍51
☄️İşğaldan azad edilmiş ərazilərdə daha 3 məktəbin və 2 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur. 2 məktəbin və 3 uşaq bağçasının tikintisi isə davam edir - Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍1
İlyas İsmayılovun vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan Kult.az-a bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır.

Klinikadan o da bildirilib ki, İlyas İsmayılovun reanimasiya şöbəsində müalicəsi davam edir.

Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
👍7🙏2
🇦🇿🪖Azərbaycan illik Global Firepower (GFP) reytinqinə əsasən dünyanın ən güclü orduları reytinqində 145 ölkə arasında 60-cı yerdə qərarlaşıb.

Sözügedən reytinq siyahısında Ermənistan 91, Gürcüstan isə 94-cü sıradadır
👍92
❗️ Qırğızıstan SN: AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan daha bir şəxs evə buraxılıb