Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
34.9K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
Şirvan Milli Parkı
👍12👏10
🇹🇷❗️Türkiyənin xarici işlər naziri Hakan Fidan:

Türkiyə Suriyanın şimal-şərqindəki İŞİD düşərgələrini nəzarətə götürməyə hazırdır.
16🤡1
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Azərbaycana səfir təyin edilməsi ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə o, X platformasındakı paylaşımında bildirib.

“İsrailin Azərbaycan Respublikasına növbəti səfiri vəzifəsinə təyin edilməyimdən şərəf və məmnunluq duyuram”, - deyə Kraus paylaşımında qeyd edib.
15🤬7👍5🤮2
⚡️Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb, biri ölüb.

🔴Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb. Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢9
Bu ilin dövlət büdcəsində Bakı şəhəri üzrə gəlirlər 14 mlrd. 103 mln. manat nəzərdə tutulub.

Axar.az xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Gəncə üzrə bu rəqəm 108 milyon 103 min manatdır.

Azərbaycanın işğaldan azad edilən əraziləri də bu ilin dövlət büdcəsinin gəlirlərində rol oynayacaq. Xankəndi üzrə 500 000, Ağdərə üzrə 300 000, Cəbrayıl üzrə 2 881 000, Füzuli üzrə 15 246 000, Xocavənd üzrə 1 285 000, Kəlbəcər üzrə 3 766 000, Qubadlı üzrə 7 105 000, Laçın üzrə 6 700 000 manat nəzərdə tutulub.

Şuşadan büdcəyə gözlənilən gəliri 4 121 000, Zəngilandan isə 3 056 000 manatdır.

Qeyd edək ki, respublikanın şəhər və rayonlar üzrə gəlirləri 15 500 000 000,0 manat proqnozlaşdırılıb.
👍61
Məhəmməd Sinvar HƏMAS-ın Qəzzadakı yeni lideri olub.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında İsrail ordusu tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Məhəmməh Sinvar həm də İzzəddin əl-Qəssam Briqadasının rəhbəridir.
👍122🤡2
Özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Nicat İmanov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
👍2
Azərbaycan xarici işlər nazirinin müavini Maldivə səfər edib
👍5
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə lent.az-a xanım tiktokerin özü məlumat verib.

Onun sözlərinə görə, Abşeron Polis İdarəsindən zəng edərək bildiriblər ki, onun barəsində vətəndaş şikayəti var.

Tiktoker bildirib ki, bir xanım evinin satılması üçün guya reklam pulu olaraq 1000 manat ödədiyini deyib:

“Bu şikayət əsasında mənə idarəyə gəlib izahat yazmağımı tələb ediblər”.

Müjgan Məmmədzadə iddia edib ki, heç bir reklamı qəbul etmir və reklama görə vergi ödəmək lazım gəldiyini də bilir.
👍161🤣1
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan:

"Ermənistan hökuməti Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-da ortasından yanan ağac hər kəsi şoka saldı
👍23
⚡️Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
👍6😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda, Qala yolu adlanan ərazidə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub

Videoda, digər avtomobillərin piyada keçidində dayandığı bir vaxtda, nəqliyyat vasitəsinin iki maşının arasından yüksək sürətlə piyada keçidinə və işıqfora məhəl qoymadan keçdiyi görünür. Nəticədə maşınlardan birinin yan güzgüsü sınıb.

Hadisə şahidinin sözlərinə görə, həmin yol orta məktəbin yaxınlığından keçir. Bu da baş verə biləcək potensial bədbəxt hadisənin miqyasını daha da böyüdür.
👍9👎8😱21
Əgər Kim Çen İn Rusiya əsirliyində olan ukraynalı əsgərlərin dəyişdirilməsini təşkil edərsə, Kiyev əsir götürdüyü şimali koreyalı hərbçiləri təhvil verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Geri qayıtmaq istəməyən Şimali Koreya əsgərləri üçün başqa yollar ola bilər. Xüsusilə, bu müharibə haqqında Koreya həqiqətlərini yaymaqla sülhü yaxınlaşdırmaq arzusunu ifadə edən koreyalılar belə bir fürsət əldə edəcəklər”, - Zelenski bildirib.
🤣7👍1
❗️ ETX: Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar var

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumata görə, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı və fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.
👍61