DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb:

"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".
👍2
📚DİM magistraturaya qəbul elan edib. Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək qeydiyyatdan keçə bilərlər. Qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Şirvan Milli Parkı
👍12👏10
🇹🇷❗️Türkiyənin xarici işlər naziri Hakan Fidan:

Türkiyə Suriyanın şimal-şərqindəki İŞİD düşərgələrini nəzarətə götürməyə hazırdır.
16🤡1
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Azərbaycana səfir təyin edilməsi ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə o, X platformasındakı paylaşımında bildirib.

“İsrailin Azərbaycan Respublikasına növbəti səfiri vəzifəsinə təyin edilməyimdən şərəf və məmnunluq duyuram”, - deyə Kraus paylaşımında qeyd edib.
15🤬7👍5🤮2
⚡️Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb, biri ölüb.

🔴Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb. Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢9
Bu ilin dövlət büdcəsində Bakı şəhəri üzrə gəlirlər 14 mlrd. 103 mln. manat nəzərdə tutulub.

Axar.az xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Gəncə üzrə bu rəqəm 108 milyon 103 min manatdır.

Azərbaycanın işğaldan azad edilən əraziləri də bu ilin dövlət büdcəsinin gəlirlərində rol oynayacaq. Xankəndi üzrə 500 000, Ağdərə üzrə 300 000, Cəbrayıl üzrə 2 881 000, Füzuli üzrə 15 246 000, Xocavənd üzrə 1 285 000, Kəlbəcər üzrə 3 766 000, Qubadlı üzrə 7 105 000, Laçın üzrə 6 700 000 manat nəzərdə tutulub.

Şuşadan büdcəyə gözlənilən gəliri 4 121 000, Zəngilandan isə 3 056 000 manatdır.

Qeyd edək ki, respublikanın şəhər və rayonlar üzrə gəlirləri 15 500 000 000,0 manat proqnozlaşdırılıb.
👍61
Məhəmməd Sinvar HƏMAS-ın Qəzzadakı yeni lideri olub.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında İsrail ordusu tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Məhəmməh Sinvar həm də İzzəddin əl-Qəssam Briqadasının rəhbəridir.
👍122🤡2
Özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Nicat İmanov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
👍2
Azərbaycan xarici işlər nazirinin müavini Maldivə səfər edib
👍5