❗️ Lənkəranda meyit tapılıb

Meyit Lənkəran şəhər Hacılar küçəsi, dalan 2 ünvanda evlərin birində aşkarlanıb.

Meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Fakt araşdırılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
❗️Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Voronej, Bryansk və Belqorod vilayətlərinin əraziləri üzərində Ukraynaya məxsus 8 ədəd pilotsuz təyyarəni ələ keçirərək məhv edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥴6👍1🤮1
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Voronej, Bryansk və Belqorod vilayətlərinin əraziləri üzərində Ukraynaya məxsus 8 ədəd pilotsuz təyyarəni ələ keçirərək məhv edib.
👍6👎2🤮1🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚗🔥 Hərəkətdə olan avtomobil anidən yanıb

📍Axar.az ”Report”-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu ərazisində qeydə alınıb. Belə ki sürücü Elsəvər Cəbrayılovun idarə etdiyi HYUNDAİ markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən avtomobil anidən alışıb və yanıb. Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

📌 Qeyd edək ki, yanğına avtomobilin elektrik sistemində yaranan qısaqapanmanın səbəb olduğu etimal olunur. Hazırda fakt araşdırılır.
👍9
Avstraliyanın şimalında kiçik həcmli təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “NT News” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza yanvarın 12-də yerli vaxtla təxminən 10:20-də (Bakı vaxtı ilə 04:50) baş verib. Təyyarə Darvindən 60 km şimal-şərqdə yerləşən Midl-Point kəndindəki bəndə çırpılıb. Təyyarədə 63 yaşlı pilot və 29 yaşlı sərnişin olub. Sərnişin xəsarət almayıb.

Bildirilib ki, təyyarə timsahların olduğu su axarlarından birinə düşüb. Xilasedicilər əvvəlcə sağ qalmış sərnişini, daha sonra pilotun meyitini təyyarədən çıxarıblar.
👍2
❗️Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Onun rəqibi, keçmiş təhsil naziri Draqan Primorats isə 25.34 faiz səs toplayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
“Flamenqo”ya transfer olunan “Qarabağ”ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” nəşri məlumat yayıb.

28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
👍4
İran və Rusiya arasında strateji hərtərəfli əməkdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.

Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

“Bu müqavilə giriş hissəsindən və 47 maddədən ibarətdir. Onun imzalanması və həyata keçirilməsi ilə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - o bildirib.
5🤮4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya PUA-ları Ukrayna texnikalarını belə məhv edir
👍15👎8🤮1
Əslən Azərbaycandan olan Rusiya vətəndaşı İsrafil Səfail oğlu Zülfüqarov Ukraynada gedən müharibədə itkin düşüb.
😁8😢5🥴3
⚡️Metapnevmovirus infeksiyası ilə bağlı pandemiya təhlükəsi yoxdur. - ÜST
❗️İndiyədək Rusiyanın Kursk vilayətində Şimali Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.

Kəşfiyyat məlumatlarına əsasən, Koreyadan olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6😁1
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Tailandda partlayış nəticəsində 10 nəfər xəsarət alıb

Tailandın cənubunda yerləşən Pattani əyalətində polis məntəqəsinin yaxınlığında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yerli müdafiə qüvvələrinin 10 tailandlı könüllüsü yaralanıb.
👀3