Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.9K photos
21.1K videos
7 files
32.6K links
Download Telegram
İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib: Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm
9👍5👎1🤡1
Bu gün "SİMA İMZA" tətbiqi vasitəsilə istifadəçilərə anlaşılmaz bildiriş mesajları göndərilib. Bəzi sosial şəbəkə istifadəçiləri bunu haker hücumu kimi qiymətləndirib. Lakin sonradan SİMA məlumat yayaraq yaranmış narahatlığa görə üzr istəyib. Qeyd olunub ki, bildiriş funksiyasının təkmilləşdirilməsi məqsədilə işlər aparılıb.
Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini göz ardı edir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
👍3
Livan ordusunun komandiri Cozef Aun ölkənin yeni Prezidenti seçilib.

Axar.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, Livan parlamenti Cozef Aunu ölkənin yeni prezidenti seçib.
👎12👍32
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən kənarlaşdırıldı.
👍50👎5🤩3🤣31🔥1👌1
Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

Bu barədə itkin düşən şəxsin anası Tacirə Kərimova məlumat verib.

Bildirlib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.
Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.

Faktla bağlı polisə məlumat verilib.

İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.

Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.
👍8
Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar 11 yanvar tarixində Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Axar.az-a bildirib ki, 11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
👍5
Son bir ay ərzində (8 dekabr 2024-cü ildən) 52 min 622 suriyalı Türkiyədən öz vətəninə geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

“Hazırda ölkə ərazisində 2 milyon 880 min suriyalı mövcuddur. Onların da etibarlı şəkildə geri dönüşü təmin edilir”, - nazir bildirib.
👍85
Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.

Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.

Qeyd olunub ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.
👍3
İranın Pakistanla sərhəd Sistan və Bəlucistan əyalətinin Mircavə bölgəsində sərhəd alayının mayoru Qaim Vəkili Mollaşahi öldürülüb.
👍101😁1
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.
Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.
👍5👎1🕊1
⚡️MN: Goran təlim sahəsində istifadəyə yararsız olan döyüş sursatlarının məhvi prosesi həyata keçirilir

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.
👍7
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
8👍4😱1