Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi
Ramil Usubov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
🎉62🙏1
Ermənistan hökuməti ölkənin Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Əsas məruzəçi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihənin mülki təşəbbüs kimi parlamentə baxılmaq üçün təqdim edildiyini bildirib.

Qeyd edək ki, Paşinyan parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın AB-yə üzv olmaq niyyətinin ümumxalq referendumu vasitəsilə təsdiqlənməli olduğunu demişdi.
🤣31👍1
Kreml: Rusiya Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.
👍61🤝1
Xətai rayonu, Yusif Səfərov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm Heydər Əliyev prospketi, həm də mərkəz istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
👍2
BakıKartın internet səhifəsi bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, artıq vətəndaşlar rahat şəkildə BakıKartdakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.

Qeyd edək ki, BakıKartdakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər.
👍8
Kursk vilayətində uğursuz əks-hücum cəhdindən sonra Ukraynanın 26 əsgəri təslim olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya MN yayıb.

Bildirilib ki, yalnız son sutkada Ukraynanın 4 əsgəri əsir götürülüb.

Rusiya mətbuatının verdiyi məlumata görə, son bir neçə gündə rus ordusu yenidən Kursk vilayətində irəliləyərək Ukrayna ordusunun bölmələrini 7 kənddən sıxışdıraraq çıxarıb.
👍52👌2👎1
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvana səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
👍5👎1🤡1
ƏƏSMN: Ötən il 160 min nəfər Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunub
😁8👍3