Media is too big
VIEW IN TELEGRAM
Öz evinə od vuran şəxs, videonu "Tiktok" sosial şəbəkəsində paylaşıb

❗️Evini yandırıb, videosunu paylaşan şəxsin psixoloji problemləri olduğu bildirilir.
😱6👍3🤬1
⚡️2024-cü ildə SHXÇDX -nin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
👍5🎉1
Kaliforniyanın Los-Anceles dairəsində baş verən yanğınların zərəri 60 milyarda çata bilər.
👍11🤣2
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Optimal Electronika" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Axar.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətə qarşı tədbir görülməsi qüsurlu malın dəyişdirilməsi və geri qaytarılması qaydalarına dair Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi ilə bağlıdır.
👍51
Kaliforniyada baş verən yanğınlar nəticəsində Hollivud aktyoru Entoni Hopkinsin evi tamamilə məhv olub.

Kult.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Bildirilib ki, aktyor evi 2021-ci ildə alıb. O, Pasifik Palisades rayonunda 4 yataq, 5 hamam otağı olan tikili üçün 6 milyon dollar ödəyib.

Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Xatırladaq ki, bundan əvvəl aktrisa Paris Hiltonun evinin tamamilə yanması ilə bağlı məlumat yayılıb.
👍5
❗️Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Z. Hüseynov və N. Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
😁5👍1
Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi
Ramil Usubov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
🎉62🙏1
Ermənistan hökuməti ölkənin Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Əsas məruzəçi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihənin mülki təşəbbüs kimi parlamentə baxılmaq üçün təqdim edildiyini bildirib.

Qeyd edək ki, Paşinyan parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın AB-yə üzv olmaq niyyətinin ümumxalq referendumu vasitəsilə təsdiqlənməli olduğunu demişdi.
🤣31👍1
Kreml: Rusiya Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.
👍61🤝1