🇦🇿🇮🇷 Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, xu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub.

Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib
👍92❤‍🔥1
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu gün Bakıdan İrəvana uçacaq.
🤡5👍1
Prezident Ermənistanın Azərbaycanın dini abidələrini təhqir etdiyini İran TŞ katibinin diqqətinə çatdırıb
👍9
🛬⚡️ Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, pilot yaralanıb

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu yaralanıb. Onun həyati təhlükəsi yoxdur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏7👍5
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.
👍132
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əməliyyat zamanı doğum günü: Cərrah xəstənin həyatını heçə saydı
😱23🤬13👍74👎1
🍷 Bakının Nizami rayonunda fəaliyyət göstərən “Beer Muxtar” adlı pub-restoranda saxta alkoqollu içkilər aşkarlanıb.

Baxış zamanı orada aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” arağı, 7 ədəd 1 litrlik “Jameson” viskisi aşkarlanıb.

Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb.
🤬7👍3🤔2
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Almatıdan Antalyaya uçan təyyarə Aktauya təcili eniş edib.

Məlumata görə, buna səbəb təyyarənin yanacaq sistemindəki problem olub.
👍6
Abşeron rayonun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Ceyhun Vaqif oğlu Məmişovu maşın vurub.

O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşı olub. O, Xidmətin Bağlar Sukanal İdarəsində şöbə rəisi vəzifəsində çalışırdı.
👍5
❗️Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq

O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏9👍1
Serbiya Rusiya ilə silah təchizatına dair imzalanan sazişlərin bir qisminindən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Baş Qərargah rəisi Milan Moysiloviç məlumat verib.
İmtinanın səbəbləri barədə məlumat verilməyib
👍8
Gürcüstanda yanvarın 9-u matəm günü elan olunub.

Axar.az xəbər verir ki, bu
barədə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərarda bildirilib.

Qeyd olunur ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həlak olması ilə bağlıdır.
😢13🙏101
⚡️⚡️⚡️⚡️⚡️Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍271👎1👌1👀1
Ərdoğan İlham Əliyevə zəng etdi - YENİLƏNƏCƏK
👍24
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Ərdoğan İlham Əliyevə zəng etdi - YENİLƏNƏCƏK
Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
👍27