Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.1K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Rusiyanın Saratov vilayətinin Engels şəhəri PUA hücumuna məruz qalıb.
12👍3🎉1
COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bilirəm ki, 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu”, - İlham Əliyev bildirib.
👍62😁1
Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Bakupost.az-a xəbər verir ki, dünən axşam saatlarında "Azərsun"un işçisi 49 yaşlı Ceyhun Məmişovu avtomobil vurub.

O, xəstəxanaya aparılarkən, yolda vəfat edib.

Qeyd olunub ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə o, restorandan çıxıb evə gedən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.
👍4
Donald Tramp jurnalistin İrana zərbələrin endiriləcəyi sualına: “Bu, hərbi strategiyadır. Yalnız axmaq adam bunu açıqlayar".
👍16😁4
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
👍8
⚡️Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬2
Müğənni Yeganə Mürsəlovanın Türkiyə vətəndaşı olan həyat yoldaşına qardaş ölkədə yüksək vəzifə verilib.

Axar.az Titul.az-a istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı Fatih Akbudak İstanbulda Şişli bələdiyyəsinin sədri təyin edilib.

Y.Mürsəlova bu faktı təsdiq edib. O bildirib ki, həyat yoldaşı buna kimi də Türkiyədə 8 ildir dövlət məmuru olub.
👍15😁1
İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan Lladro şirkəti bu dəfə “Qarabağ atı”nı satışa çıxarıb.
👍211
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək

Bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.
👍8
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
👏12🤡7👍3🥰2🙏1