Qubada küçə itləri 3 nəfərə hücum çəkib.

Axar.az xəbər verir ki, hadisə rayonun Qəçreş kəndində qeydə alınıb.

Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.
Zərərçəkənlər Quba rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin Qubada Küsnət Qazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.
👍4
❗️⚡️Los-Ancelesdə fövqəladə vəziyyət elan edildi

Los-Ancelesdə (Kaliforniya, ABŞ) hakimiyyət orqanları şiddətli meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, artan küləklər səbəbindən vəziyyət son dərəcə təhlükəlidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

Axar.az xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
👍4😱1
Dünya birjalarında neft yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,35 dollara, yüngül neftin bir barreli isə 74,65 dollara satılır.
❗️ Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır

Bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Tramp Kanadanın ABŞ-a birləşdiyi yeni xəritə dərc edib
👍13👎2
❗️ Balakəndə cücə fermasında yanğın olub, 5 min cücə yanaraq tələf olub.

Gecə saat 04:30-da rayonun Tülü kəndində, kənd sakini Vüsal İsmayıl oğlu İsmayılovun yaşadığı evin həyətyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kvadratmetr olan cücə fermada yanğın baş verib.

Yanğının söndürülmasi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində fermanın tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq tələf olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢14👍5
AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib. Bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
👍7
☁️🌧 Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

🟢 Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir.

Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2👍1
Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynaya məxsus 32 PUA-nı məhv edib.
"Sevilya" Olavio Juninyonun keçidindən imtina edib - İDDİA
👍13🤣5
Türkiyənin Ərzurum vilayətinin Pasinlər rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
🙏5
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
❗️TƏBİB ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyətini açıqlayıb.

18 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - qeyd edilib.
👍3😭1