Rusiyanın UTair aviaşirkətinin Boeing-737 təyyarəsi Moskvanın “Vnukovo” hava limanında məcburi eniş edib.
Axar.az xəbər verir ki, təyyarədə texniki nasazlıq olduğu müəyyən edilib.
Hava gəmisinin Sankt-Peterburqdan Özbəkistanın Səmərqənd şəhəri istiqamətində uçduğu bildirilib.
4👍1
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlər haqqında Azərbaycan Kikboksinq Federasiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev məlumat verib.
"Qərara əsasən, Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunur.
Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunur.
Fuad Zeynalov Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilir.

Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunur".
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
👍112
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Szinpinə başsağlığı məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Sədr,
Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
👍81🤮1
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Tehrana yeni təyin olunan səfiri Qriqor Akopyanı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Akopyan etimadnaməsini Pezeşkiana təqdim edib.
🤡15👏2
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem haqqında danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı forvard 21 yaşlı futbolçunu tərifləyib.

O, Bellinqemin "Qızıl top"a layiq olduğunu deyib.

"Cud Bellinqem böyük istedaddır. O, "Qızıl top"u qazana bilər".

Xatırladaq ki, Bellinqhem dekabrın 27-də "Globe Soccer Awards"dan 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi kimi mükafat alıb. İngiltərəli futbolçu 2023-cü ilin yayından "Real"ın formasını geyinir.
👍41
İranda 2024-cü il ərzində 997 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.

Axar.az xəbər verir ki, bu rəqəm İran müxalifətinin məlumatları əsasında hazırlanıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, bütün edam hökmləri qeydiyyata alınmadığından onların sayı göstərilən rəqəmdən artıqdır.

Məlumata görə, 2024-cü ildə edamların sayı 2023-cü ildə icra olunanlardan 16 faiz çoxdur. Edam olunan 997 nəfərdən 34-ü qadın, 9-u yeniyetmədir. Dörd kişinin edamı ictimai şəkildə, qalanı isə həbsxanada icra olunub.
👍14🤬7👎1
Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı 126-ya, yaralıların sayı isə 188-ə çatıb.
Bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.
😢11🙏4
Hazırda dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibə AzTV-də yayımlanır.
👍11🤮3
Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.
Axar.az-ın məlumatına görə, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib:
“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:

“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
🤮8👍73
Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib:

“Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
👍8🤮4❤‍🔥2🤔1
⚡️Prezident bildirib ki, bu ay Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclasının keçirilməsi planlaşdırılır
👍7🤮1