Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini - baş həkim təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub.

Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.
🇦🇿Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
🤮2
Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.

Şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisidə yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var. İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları, Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir.

Postu paylaşarkən istinad mütləqdir!

@Axaraz | @GSSR44
👀41👍1🤝1
Artıq üçüncü ildir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu kritik həddə çatıb və Ukrayna müharibəni uduzmaq təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, yaxın bir neçə həftə Ukraynanın işğaldan əvvəlki və ya ona yaxın sərhədləri daxilində suveren dövlət kimi mövcudluğunu davam etdirə biləcəyini müəyyən edəcək:

“Rusiya artıq Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və hər gün daha da qərbə doğru irəliləyir, xüsusən Pokrovsk və Kuraxovo istiqamətində. Avqust ayında Kursk bölgəsini işğal edən Ukrayna hərbçiləri qəfil hücumda ələ keçirdikləri ərazilərin təxminən 40 faizini itiriblər və mühasirəyə düşmək riskləri var. Ukrayna mübarizəni davam etdirə biləcəyini xeyli üstələyən itkilər verir. İtkilərin rəsmi qiymətləndirilməsi ölü və yaralı ilə birlikdə 400 mindir. Vaxt isə Ukrayna üçün çox vacibdir. Ukrayna çətin ki, bu dağıdıcı müharibəyə bir il də dözsün”.
👍51
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
👍4
☄️Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə biləcəklər.

❗️Bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiqləyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Fransız "Milli Cəbhə" partiyasının keçmiş lideri Jan-Mari Le Pen 96 yaşında vəfat edib.
👍7🔥3❤‍🔥1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İraq Kürdüstanı Muxtariyyətinin Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan da yer alıb.

Görüş mətbuata qapalı keçirilib.
8🤡3👍1
Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib

Yanvarın 7-də İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.
Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaq, fəxrlə anılacaqdır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
22👍5
Türkiyə 2 min km mənzilli raket istehsal edib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısındakı çıxışında deyib.

Ərdoğan Polad Gümbəz layihəsinin davam etdiyini və “Siper Ürün-1” sisteminin silahlanmaya daxil edildiyini bildirib:

“Həm 800 km mənzilli raket ehtiyatımızı gücləndirməyi, həm də 2 min km məzilli raket proqramımızı sürətləndirməyə qərar verdik”.

Qeyd edək ki, Türkiyənin indiyə qədər ən uzun mənzilli raketi “Tayfun”un mənzili 561 km idi.
👍2671