Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində yenidən qazıntı işləri aparılır.
😁6
🔴 AZAL-a məxsus təyyarənin “qara qutuları” yaxın günlərdə Astanaya gətiriləcək

Qazaxıstanın Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, bununla yanaşı, təyyarə qəzasının araşdırılması üzrə komissiya üzvlərinin də Astanaya gəlməsi gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5👀1
Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
🤣5🤡3🤮1
Lukaşenko: Ukraynadakı demokratiyadansa, Belarusun "diktatura"sı yaxşıdır.
🤣214👎1👌1
🇺🇿❗️🇷🇺 Özbəkistanın Qanot Sharq aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.

Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən Moskvaya (Domodedovo Hava Limanı), Səmərqənd və Namanqandan isə Sankt-Peterburqa (Pulkovo) bəzi reyslər dayandırılacaq.
👍3
Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini - baş həkim təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub.

Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.
🇦🇿Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
🤮2
Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.

Şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisidə yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var. İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları, Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir.

Postu paylaşarkən istinad mütləqdir!

@Axaraz | @GSSR44
👀41👍1🤝1
Artıq üçüncü ildir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu kritik həddə çatıb və Ukrayna müharibəni uduzmaq təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, yaxın bir neçə həftə Ukraynanın işğaldan əvvəlki və ya ona yaxın sərhədləri daxilində suveren dövlət kimi mövcudluğunu davam etdirə biləcəyini müəyyən edəcək:

“Rusiya artıq Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və hər gün daha da qərbə doğru irəliləyir, xüsusən Pokrovsk və Kuraxovo istiqamətində. Avqust ayında Kursk bölgəsini işğal edən Ukrayna hərbçiləri qəfil hücumda ələ keçirdikləri ərazilərin təxminən 40 faizini itiriblər və mühasirəyə düşmək riskləri var. Ukrayna mübarizəni davam etdirə biləcəyini xeyli üstələyən itkilər verir. İtkilərin rəsmi qiymətləndirilməsi ölü və yaralı ilə birlikdə 400 mindir. Vaxt isə Ukrayna üçün çox vacibdir. Ukrayna çətin ki, bu dağıdıcı müharibəyə bir il də dözsün”.
👍51
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
👍4
☄️Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə biləcəklər.

❗️Bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiqləyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4