İran XİN Zəngəzur açıqlamasını təkzib etdi - Nə baş verir?
4🎉3👍1
⚡️Cənubi Koreyanın nəqliyyat naziri təyyarə qəzasına görə istefa verəcək.
👍5
Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və qərar qəbul olunub.

Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
👍31
🇦🇿 🇺🇿 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏9
Almaniyanın Rimbach şəhərində silahlı şəxs bankda insanları girov götürüb.

Hadisə yerinə HMO əməkdaşları cəlb edilib.

Yenilənəcək
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Almaniyanın Rimbach şəhərində silahlı şəxs bankda insanları girov götürüb. Hadisə yerinə HMO əməkdaşları cəlb edilib. Yenilənəcək
Təcavüzkar, ilkin məlumatlara görə, bıçaqla silahlanıb və qadını əlində saxlayır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Adamın tələbləri hələ də məlum deyil. Onun Moskva vaxtı ilə saat 10:00 radələrində bank filialına daxil olduğu bildirilir.
😨2👍1
⚡️Bakı Metropoliteni: "Bizim gedişhaqqı tənzimləmə səlahiyyətimiz yoxdur və aidiyyəti dövlət qurumları qarşısında gedişhaqqının qaldırılması ilə bağlı məsələ qaldırmamışıq".
😁4
Polis Almaniyada bankda vətəndaşları girov götürən şəxsi həbs edib

Onun girovluğunda olan şəxslər polisin nəzarətindədir.
👍1
❗️Təyyarə qəzasında xəsarət alan şəxslərdən ikisinin vəziyyəti stabil kritik ağırdır

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ötən ilin dekabr ayının 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.

Məlumata görə, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həmin şəxsin üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunub. Pasiyentin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.

Bundan başqa, travmatik koma vəziyyətində daxil olan digər iki pasiyentin kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir.
18🤡3👎1
🇷🇺Rusiyada bakalavr pilləsi ləğv edilir. İki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).
👍8😁3👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.
Bakının Babək prospektindəki körpüdə daşların qopub yerə tökülməsi haqda məlumatlıyıq.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektindəki körpünün təhlükə yaratması ilə bağlı yayılan videonu şərh edərkən deyib.

“Babək prospektində yerləşən yol ötürücülərinin birində bəzək üçün vurulmuş üzlük daşların kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa zaman ərzində həmin daşlar yol kənarından təmizlənərək kənarlaşdırılıb.

Yol ötürücüsündə olan digər üzlük daşlar AYDA-nın mütəxəssiləri tərəfindən yoxlanılıb, qopma ehtimalı və hər hansı təhlükə yoxdur”, - o bildirib.
👍1
Bakının mərkəzi prospektlərindən birində piyadaların hərəkətinin asanlaşdırılması üçün piyada zolağı çəkilib
👍3