⚠️ Bu gün Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

Güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
👍6😢4
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Kuraxovo şəhərinin qərb hissəsində düşmənlə sərt döyüşlər aparır, ona görə də rus işğalçıların şəhərə tam nəzarətindən söhbət gedə bilməz.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xortitsa Əməliyyat-Strateji Qoşunlar Qrupunun nümayəndəsi Viktor Trequbov məlumat verib.

"Şəhərdə müdafiə davam edir. Bəli, çətindir. İndi onlar şəhərin qərb hissəsindədir. Amma bizim bölmələrimiz hələ də oradadır və hələ də döyüşürlər", - V.Trequbov qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kuraxovo şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
👍6🤣3🔥2
🇺🇸Bayden Trampın andiçmə mərasimində iştirak edərək, hakimiyyətin dinc şəkildə ötürülməsi ənənəsini bərpa edəcək.

Bayden deyib ki, hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etmək və Amerikada çoxdan hörmət etdiyimiz ənənələri bərpa etmək üçün əlindən gələni etməyə hazırdır. Seçkilər sülh yolu ilə təsdiqlənəcək.
👍6🤡2
Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.

Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
👍51
Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
👍2🙏1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Zəlzələ baş verən ərazidən görüntülər
Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
👍3
Ülvin Əliyev AMB sədrinin müşaviri, Fuad İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub.
👍2
❗️ İranın sabiq prezidenti İbrahim Rəisinin aviaqəzada həlak olduğu gün milli gün kimi qeyd olunacaq

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İbrahim Rəisi, keçmiş xarici işlər naziri Hüseyn Əmirabdullahian və başqa məmurların həlak olduğu gün təqvimdə “Şəhidlərə dua günü” olaraq qeydə alınıb. İran Prezidenti Məsud Pezeşkian və Ali Mədəni İnqilab Şurası da bununla bağlı müvafiq qərar qəbul edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣7👍6
Nepalda da 7 bal gücündə zəlzələ baş verib.
😢9👍3😱2🙏1🐳1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Ukrayna” dairəsində tikinti işləri başa çatıb
👍15👎6
Salyanda polis dəhşətli cinayətin üstünü açıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.

1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.
😱10👍4
Azərbaycan Respublikasının Ədliyyə nazirinin sabiq müavini Vilayət Zahirovun ailəsinə ağır itki üz verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sabiq nazir müavininin atası Həsən Zahirov dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunda torpağa tapşırılacaq.

Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik.
👍42🐳1