Türkiyənin müdafiə sənayesi şirkəti “Roketsan”ın proqram təminatı mühəndisi Yusif Sərdar Yücel intihar edib.
Axar.az İHA-ya istinadən xəbər verir ki, ondan bir müddətdir xəbər ala bilməyən dostları ailəsinə və polisə məlumat verib.
Yaşadığı mənzilin qapısı polis nəzarəti altında çilingər tərəfindən açılıb və təcili tibbi yardım xidmətinin həkimləri Yücelin öldüyünü müəyyən edib.

İlkin məlumata görə, Yücel kimyəvi məhlul içərək intihar edib.
👎83🤔2👍1
Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.

Axar.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaqla, bir sıra reyslərin müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb.
👍18😁1
Azərbaycan-İran sərhəddində 3,6 bal gücündə zəlzələ baş verib
🙏8👍21
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Azərbaycan-İran sərhəddində 3,6 bal gücündə zəlzələ baş verib
Azərbaycan-İran sərhədində zəlzələ olub. Yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Zəlzələ Cəlilabadda da hiss olunub.
👍82🙏2
Rusiyanın Belqorod vilayətində bir neçə hava hədəfi vurulub.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
🤮4
❗️❗️❗️Luiziana, ABŞ-da H5N1 quş qripindən ilk insan ölümü halı qeydə alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣21🤬9🤡2
Braziliya HHQ AZAL-ın qəzaya uğramış təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb. İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb. Qurum artıq müvafiq məlumatı Astanaya göndərib.
👍413
Sərhəddə daha bir zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub
🙏141😨1
‼️Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib
👍4
⚠️ Bu gün Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

Güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
👍6😢4
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Kuraxovo şəhərinin qərb hissəsində düşmənlə sərt döyüşlər aparır, ona görə də rus işğalçıların şəhərə tam nəzarətindən söhbət gedə bilməz.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xortitsa Əməliyyat-Strateji Qoşunlar Qrupunun nümayəndəsi Viktor Trequbov məlumat verib.

"Şəhərdə müdafiə davam edir. Bəli, çətindir. İndi onlar şəhərin qərb hissəsindədir. Amma bizim bölmələrimiz hələ də oradadır və hələ də döyüşürlər", - V.Trequbov qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kuraxovo şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
👍6🤣3🔥2
🇺🇸Bayden Trampın andiçmə mərasimində iştirak edərək, hakimiyyətin dinc şəkildə ötürülməsi ənənəsini bərpa edəcək.

Bayden deyib ki, hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etmək və Amerikada çoxdan hörmət etdiyimiz ənənələri bərpa etmək üçün əlindən gələni etməyə hazırdır. Seçkilər sülh yolu ilə təsdiqlənəcək.
👍6🤡2
Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.

Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
👍51
Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
👍2🙏1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Zəlzələ baş verən ərazidən görüntülər
Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
👍3