Yanvarın 6-da Ermənistanın Alagöz vilayətində yol qəzası baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, saat 13:50 radələrində İrəvan-Böyük Qarakilsə avtomobil yolu ilə hərəkət edən “Qazel” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb.

Qəza nəticəsində 13 nəfər xəsarət alıb. Şahidlərin verdiyi məlumata görə, xəsarət alanların bir hissəsi “Əştərək”, digər yarısı isə “Abaran” Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.
👍9🔥1
❗️❗️❗️Müdafiə Nazirliyi: Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
TƏBİB: Respublika üzrə təcili tibbi yardım xidmətinə bayram günlərində rekord sayda (39 881) çağırış daxil olub.
👍21😱1
❗️Qazaxıstan Prezidenti yeni virus ətrafında ajiotaj yaratmağa zərurət görmür

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, metapnevmovirus ətrafında ajiotaj yaratmaq və Çinlə əməkdaşlıqdan imtina etmək lazım deyil.
👍3
Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub. Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar. O, hadisə yerindəcə keçinib.

Məlumata görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.

Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.
👍5😭2
Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.
👍7
⚡️Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🤬2
MSK: Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq.
👍2
İranın qərbində SEPAH-ın “Böyük Peyğəmbər 19” adı altında hərbi təlimi keçirilir.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Yanvarın 4-də başlayan təlimlərdə SEPAH-ın Quru Qoşunları iştirak edir.

Bildirilib ki, təlimlərin məqsədi İranın müdafiə qabiliyyətini artırmaq və hərbi gücünü gücləndirməkdir.
🤡12👍8👎4🤮2😍21
❗️Makron: Ukraynalıların ərazi problemləri ilə bağlı real gözləntiləri olmalıdır. Ukraynada tez və asan həll yolları olmayacaq.
Ukrayna prezidenti V. Zelenski: “Müharibəni və Putini dayandırmaq üçün ilk növbədə Donald Trampla görüşməyim çox vacibdir. Bu prosesə avropalılar da cəlb edilməlidir. Çünki həm Avropa, həm də Tramp ölkəmizin təhlükəsizliyinə zəmanət verə bilər”.

V. Zelenski ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimində iştirakına da aydınlıq gətirib:

“Tramp məni dəvət etməsə, müharibənin davam etdiyi bir vaxtda ABŞ-yə gedə bilmərəm. Rəsmi dəvət olarsa, mütləq iştirak edəcəyəm. Düşünürəm ki, onlar bu istiqamətdə müəyyən addımlar atmalıdır”.
👍5🤣32
Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
9
Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Yaqub oğlu Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhrum etmə) tətbiq edilib. Hicran Rüstəmov barəsində dörd il altı ay sınaq müddəti seçilməklə şərti cəza verilib.
3👍3
Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, “Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y.Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar 07.01.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaqdır.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
👍2🔥1
Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.
👍23