Azərbaycanda yanvarın 7-də havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎶 Bu gün səsi ilə milyonların qəlbini fəth edən Aygün Bəylərin anım günüdür
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢2315
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8,5 milyon sərnişin daşıyıb.
👍5
Prezident: AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir.
👍15🤡1
⚡️ İlham Əliyev:

Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər.

Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi.

Qroznı şəhərində hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var.
👍261🤡1
⚡️İlham Əliyev: “Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi.
👍25🤡1
⚡️ İlham Əliyev: Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
👍26🤡3
⚡️İlham Əliyev: Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər. Qəhrəmanlıq da bundan ibarətdir.
👍37❤‍🔥4🤡2
⚡️İlham Əliyev: Rusiyanın dövlət qurumlarının bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur
👍27
⚡️İlham Əliyev: Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur.
👍23
SN: Metapnevmovirus (hPMV) mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir.

Metapnevmovirusa daha çox kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.

Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.
😡3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!
👍8💯2
Azərbaycanda yanvarın 7-si axşamdan 8-i gündüzədək ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
👍5🙏1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Xameneinin Azərbaycana hürən iti ƏTRAFLI: https://axar.az/news/kult/933512.html»
Abşeron rayonunda 29 yaşlı kişi meyiti tapılıb.

Axar.az xəbər verir ki, hadisə Saray qəsəbəsi 42-ci küçədə qeydə alınıb.

1995-ci il təvəllüdlü Yaqublu Eşqinin meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
👍3
Jurnalist Günel Əhmədova Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
👍14🤡5🤮3🤬1