Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
36.1K photos
21.4K videos
8 files
32.6K links
Download Telegram
Məktəblilərin qış tətilinin vaxtı bilinib.

Axar.az xəbər verir ki, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.

Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
👍6
Kanada Baş naziri Castin Trüdo yanvarın 8-də Liberal Partiyanın lideri vəzifəsindən istefa verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Globe and Mail” nəşri məlumat yayıb.

Məlumata görə, Trüdo hələlik yekun qərar qəbul etməyib.
👍3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda Mehrabad hava limanında hökumət mollası ilə məcburi hicaba riayət etməyən gənc qız arasında mübahisə yaranıb
🤬9👍42🤔1
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurkda antiterror əməliyyatı keçirib.

Nəticədə terror təşkilatı PKK/KCK üzvü "Mitra Mani" kod adlı Zeynep Aslan və "Ekin Dilda" kod adlı Zeliha Mahçupu zərərsizləşdirilib.
👍44😁31
🦠 Qırğızıstanda da metapnevmovirusa yoluxma aşkarlandı
😡1
DSX: Ötən ay sərhəddə dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal aşkar olunaraq götürülüb.
👍7
📌🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
👍17💔21
Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Axar.az xəbər verir ki, məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan yayıb.

“Hava şəraitinin pisləşməsi səbəbindən minik və sərnişin nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb”, – deyə Akopyan bildirib.

Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru yoldur.
👍3🎉1
Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Axar.az Report-a istinadən xəbər verir ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun icratına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.

"Oleq Bakinski" ilə bərabər, Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonoviç də təqsirləndirilən şəxs qismində tanınıb.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.
👍61😁1