Azərbaycana qış fəsli qədəm qoydu.

Q
ış fəsli Azərbaycana dekabrın 21-i saat 13:20-də daxil olub.

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.
👍8🙏1
Bələdiyyə Seçkilərində bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu görüntülər yayılanda Zaur Hüseynov işdən çıxarıldı - Video
👍10👌3
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb
🤣26❤‍🔥6🤮4
Liviyada marşal Xəlifə Haftara bağlı Daxili Təhlükəsizlik Təşkilatı Əsəd rejiminin devrilməsini qeyd edən suriyalıları həbs edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Təşkilat iddia edib ki, saxlanılan şəxslər Suriyada terror təşkilatına bağlı qruplaşma üzvləridir:

“Onlar agent kimi Benqazi şəhərinə soxulub və burada suriyalıları silahlandırıb hərəkətə keçmək üçün vəzifələndiriliblər”.
👍4🤮21
Suriyanın yeni hakimiyyəti Əsəd Həsən Əl-Şeybanini xarici işlər naziri təyin edib.
Axar.az xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələnə silahlı müxalifətin birləşmiş qüvvələr komandanlığının bəyanatında bildirilib.
👍63😁1
Boks üzrə yüngül çəkidə (WBC) dünya çempionu olmuş Tyerri Jakob vəfat edib.
Axar.az xəbər verir ki, uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparan 59 yaşlı keçmiş boksçu Fransanın Kale şəhərindəki evində həyatını itirib.
Qeyd edək ki, T.Jacob peşəkar karyerası ərzində 45 döyüş keçirib. O, 20-si nokautla olmaqla 39 qələbə qazanıb və 6 döyüşdə məğlub olub.
👍5
İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə silahlı hücum nəticəsində həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
İran XİN Suriya müvəqqəti hökumətindən cinayətdə təqsirkar olanları tapmağı və məsuliyyətə cəlb etməyi tələb edib.

Qeyd edək ki, D.Bitərəfin idarə etdiyi avtomobil dekabrın 15-də atəşə tutulsa da, hadisə barədə məlumat yalnız bu gün verilib.
👍102🎉1😡1
Qətər səfirliyi bu gün Dəməşqdə, 13 il sonra fəaliyyətini bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu gün Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.

Qeyd edək ki, Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.
11👍9