Azər Əlizamin oğlu Niftəliyev Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi də təsdiqləyib.

Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
👍6
"Roma"nın idman direktoru Floran Qisolfi hücumçu Paulo Dibala haqda danışıb.

Axar.az verir ki, funksioner argentinalı oyunçu üçün yaxşı təklif olacağı halda, dəyərləndirəcəklərini deyib.

"Dibalanın necə vacib oyunçu olduğunu bilirik. Lakin konkret və yaxşı təklif olsa, dəyərləndirəcəyik. İndiki məqamda nəsə yoxdur", - Qisolfi bildirib.

Qeyd edək ki, Dibalanın adı "Qalatasaray"la hallanır. O, 2022-ci ildən "Roma"da çıxış edir. 31 yaşlı oyunçu 95 matçda 36 qol vurub, 19 məhsuldar ötürmə edib.
👍2
İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb.
3
❗️Yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Biz Suriyada yeni administrasiyanı tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ərdoğanın 15 gün ərzində Suriyaya gedəcəyi barədə məlumat yayılmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍4
ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək
🤮5👍2😡1
⚡️“Vaşinqton Post”: Donald Tramp və Vladimir Putin gələn il görüşəcək.
👍3
Forwarded from AzPFL
“Kəpəz” - “Sumqayıt” heyətlər
🕢 16:00
📺Canlı yayım

https://www.youtube.com/live/weLhL8aJbfU?si=scNy8A8dMTdjyKEJ


#azpfl #pfl #mislipremyerliqası
👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Prezident təsdiqlədi: onların birdəfəlik müavinəti artırıldı ƏTRAFLI: https://axar.az/news/toplum/928314.html»
Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla M.Əhmədova orden Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
1
🏸 Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra Xankəndi şəhərində keçiriləcək.
👍4
Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
2👍1👏1🤮1🤡1
Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüd Q.Məhərrəmliyə Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin edilib.
👍10
⚡️Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
👍3
Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıblar.

Digər sərəncamla Adış Məmmədov Azərbaycanın Qətərdə səfiri təyin edilib.
11
❗️Ramil Əbil oğlu Rzayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
👍32
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
👍21