Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Abşeron rayonu Saray qəsəbəsində yeni tikilidə yanğın başlayıb
🔥Saray qəsəbəsində yaşayış binasındakı yanğın söndürülüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayevlə vida mərasimi keçirilib

Mərasim Təzə Pir məscidində baş tutub.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Sabah qış gündönümü günüdür. Qış gündönümü günündə ilin ən uzun gecəsi və ən qısa gündüzü olur.

Qış ölkəmizə 21 dekabr saat 13:20-də gələcək.

Sabah Yer kürəsinin cənub qütb dairəsində tam 24 saat gündüz, şimal qütb dairəsində isə tam 1 gün gecə olacaq.
👍1
Marsın indiyə qədər çəkilmiş ən aydın görüntüsü
👍8
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
👍4👎2
⚡️Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunda sərhəd keçidi ilə bağlı tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər.
👍3
⚡️Xankəndi şəhərində "Zəfər parkı" salınacaq
👍20
Azər Əlizamin oğlu Niftəliyev Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi də təsdiqləyib.

Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
👍6
"Roma"nın idman direktoru Floran Qisolfi hücumçu Paulo Dibala haqda danışıb.

Axar.az verir ki, funksioner argentinalı oyunçu üçün yaxşı təklif olacağı halda, dəyərləndirəcəklərini deyib.

"Dibalanın necə vacib oyunçu olduğunu bilirik. Lakin konkret və yaxşı təklif olsa, dəyərləndirəcəyik. İndiki məqamda nəsə yoxdur", - Qisolfi bildirib.

Qeyd edək ki, Dibalanın adı "Qalatasaray"la hallanır. O, 2022-ci ildən "Roma"da çıxış edir. 31 yaşlı oyunçu 95 matçda 36 qol vurub, 19 məhsuldar ötürmə edib.
👍2
İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb.
3
❗️Yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Biz Suriyada yeni administrasiyanı tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ərdoğanın 15 gün ərzində Suriyaya gedəcəyi barədə məlumat yayılmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍4
ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək
🤮5👍2😡1
⚡️“Vaşinqton Post”: Donald Tramp və Vladimir Putin gələn il görüşəcək.
👍3
Forwarded from AzPFL
“Kəpəz” - “Sumqayıt” heyətlər
🕢 16:00
📺Canlı yayım

https://www.youtube.com/live/weLhL8aJbfU?si=scNy8A8dMTdjyKEJ


#azpfl #pfl #mislipremyerliqası
👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Prezident təsdiqlədi: onların birdəfəlik müavinəti artırıldı ƏTRAFLI: https://axar.az/news/toplum/928314.html»