❗️Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Dekabrın 25-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍31
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍30👎2😍1🤣1🏆1
Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.

Axar.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair brifinqdə məlumat verilib.

Qeyd olunub ki, kreditlərdən yararlanan 6 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.

Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25% təşkil edib.

Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.
👍1
Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, - deputat vurğulayıb.
👍61👎1
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Rusiyaya səfər edəcək.
🇦🇿🇹🇷 Zakir Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Abşeron rayonu Saray qəsəbəsində yeni tikilidə yanğın başlayıb
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyə qırıcısı 11 terrorçunu məhv etdi
28👍9
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri vəzifəsinə seçilib.

Axar.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

K.Nurullayevanın sədr vəzifəsinə seçilməsi ilə bağlı qərar İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) sessiyasında qəbul olunub.
👍21
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
👍1
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakının şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
7👍1