❗️DİM imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırır

2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunmuşdur. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunmuş və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir.

Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
❗️ 2024-2025-ci tədris ilində iki mindən çox müəllim Bakı məktəblərində işə qəbul olunub

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub.

İdarədən verilən məlumata görə, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib.

Bunlardan 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində işə girib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
Kiyev kütləvi raket hücumundan sonra...
👍13👎9😱1👌1🤣1
⚡️⚡️⚡️⚡️⚡️MN rəsmisi: Ermənistan İkinci Qarabağ müharibəsində mülki əhalini hədəfə alıb

Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub və mülki əhalini hədəfə alıb.

Bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, Gəncə və Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə ciddi ziyan vurulub:

“Gəncədə Ermənistanın raket hücumu nəticəsində 175 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 29 nəfər həlak olub. 19 nəfər kişi, səkkiz nəfər qadın, iki nəfər isə uşaq olub. 112 nəfər isə yaralanıb, 71 kişi, 26 qadın, 15 uşaq ciddi xəsarət alıb. Bunların hamısı faktlardır”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
Türkiyə Hələbdə konsulluğun açılması üçün işləri sürətləndirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, lazımi şərait hazır olduqdan sonra konsulluq istifadəyə veriləcək.

Qeyd edək ki, artıq Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib.
👍13
ABŞ Federal Aviasiya İdarəsi Nyu-Yorkda strateji əhəmiyyətli infrastruktur obyektləri üzərində pilotsuz uçuş aparatlarının hərəkətini qadağan edəcək.

"Bu qadağa sırf ehtiyat xarakterlidir, strateji obyektlər üçün heç bir təhlükə yoxdur",

- ABŞ Federal Aviasiya İdarəsinin açıqlamasında vurğulanıb.
👍1🤣1
Neftçala rayonunda motosiklet kanala düşüb, ölən var.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıqışlaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.

Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Məzahim Səttar oğlu Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
1👍1🤣1
📈Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır - Bakı Şəhəri üzrə Təhsil İdarəsi
👍2
📈Məzənnə

Dollar 🇺🇸 ₼1.7000
Avro 🇪🇺 ₼1.7609
Lari 🇬🇪 ₼0.6072
Lira 🇹🇷 ₼0.0483
100 Rubl 🇷🇺 ₼1.6425
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍71
Milli Məclisin növbəti plenar iclası başlayıb
👍5🤡1
⚡️ İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır

Dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1😨1
❗️Türkiyə Rusiyaya qaz pulunu "Qazprombank" vasitəsilə edəcək

ABŞ Rusiyanın bankına qarşı sanksiyadan Türkiyəni istisna edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
⚡️Gələn ilin əvvəli müəllimlərə xüsusi güzəşt kartları veriləcək.
👍15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya Xersonu bombalayıb: ölən və yaralananlar var
👍4👎4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Makrona qarşı "istefa" şüarları səsləndirilib
👍16🎉3
❗️Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Dekabrın 25-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍31
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍30👎2😍1🤣1🏆1
Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.

Axar.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair brifinqdə məlumat verilib.

Qeyd olunub ki, kreditlərdən yararlanan 6 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.

Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25% təşkil edib.

Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.
👍1