Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Fərhad Natiq oğlu Qocayev “F-Marine” hotelin qarşısında “Mersedes” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kiyev kütləvi raket atəşinə tutulub. Hazırda paytaxtın Qoloseyesk rayonunda yanğın var
👍6😡2
Ucarda qadın yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Gülarəxanım Abbas qızı Quliyeva yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq qadın ölüb.

Araşdırma aparılır.
👍1👎1
❗️Abşeronda yük maşını yanıb

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Məmmədli kəndində “İveco” markalı betonqarışdıran avtomobilin kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hücumdan sonra Kiyevdə yanğınlar baş verib
👍6🐳3😡2🤡1
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub.

Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
11👍1
Media is too big
VIEW IN TELEGRAM
🌍Fildən heyrətləndirici performans:
20👍3😍1
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri Suriyanın yeni hakimiyyəti ilə müzakirələr aparmaq üçün Dəməşqə səfər edib.
👎1
Meksikanın Tabasko ştatındakı həbsxanada qiyam baş verib.

Axar.az xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 19-da ictimai bərpa mərkəzində qeydə alınıb:

“Yerli hüquq-mühafizə orqanları qiyamın yatırılmasına nail olub. Hadisə nəticəsində 7 nəfər ölüb. İğtişaşlar nəticəsində dördü polis olmaqla on nəfər yaralanıb”.
👍4
❗️İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub

ABŞ-nin təhlükəsizlik xidməti İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdinin qarşısını alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁5👍4🙏2👏1
Forwarded from Mikroskop🔬
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-da qar təmizləyən robot ixtira edilib.
“Yarbo” qar təmizləyən robot yolları və əraziləri 7/24 təmizləməyə qadirdir.

Daha maraqlı paylaşımlar görmək üçün kanalımıza abunə olun!
👏4👍2🤮1
Vasitəçilər Qəzzada atəşkəs və İsraillə HƏMAS arasında girovların azad edilməsinə dair razılaşmaya doğru irəliləyiş əldə etməyə davam edir, lakin bu, çox güman ki, həftələrlə çəkə bilər.

Axar.az xəbər verir ki, bu barədə adını açıqlanmayan ərəb diplomatı “Tayms of İsrail”ə deyib.

“Trayektoriya yaxşıdır, lakin hələ də müzakirə edilməli olan ciddi məsələlər var, ardınca hər iki tərəfin qəbul etməli olacağı çətin siyasi qərarlar gəlir”, - mənbə bildirib.
2
❗️DİM imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırır

2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunmuşdur. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunmuş və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir.

Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
❗️ 2024-2025-ci tədris ilində iki mindən çox müəllim Bakı məktəblərində işə qəbul olunub

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub.

İdarədən verilən məlumata görə, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib.

Bunlardan 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində işə girib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
Kiyev kütləvi raket hücumundan sonra...
👍13👎9😱1👌1🤣1
⚡️⚡️⚡️⚡️⚡️MN rəsmisi: Ermənistan İkinci Qarabağ müharibəsində mülki əhalini hədəfə alıb

Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub və mülki əhalini hədəfə alıb.

Bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, Gəncə və Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə ciddi ziyan vurulub:

“Gəncədə Ermənistanın raket hücumu nəticəsində 175 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 29 nəfər həlak olub. 19 nəfər kişi, səkkiz nəfər qadın, iki nəfər isə uşaq olub. 112 nəfər isə yaralanıb, 71 kişi, 26 qadın, 15 uşaq ciddi xəsarət alıb. Bunların hamısı faktlardır”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
Türkiyə Hələbdə konsulluğun açılması üçün işləri sürətləndirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, lazımi şərait hazır olduqdan sonra konsulluq istifadəyə veriləcək.

Qeyd edək ki, artıq Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib.
👍13