Moskvanın Basmannı məhkəməsi Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillovu qətlə yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Əhmədjon Qurbanov barəsində həbs-qətiimkan tədbiri seçib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
“Məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və Qurbanov barəsində 2025-ci il fevralın 17-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - qərarda deyilir.

Xatırladaq ki, Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülüb.
👍4🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qalatasarayın prezidenti Dursun Özbək “Sarı Gəlin” oxudu
👍238🤣3👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək də “Sarı gəlin” mahnısını ifa edib.
👍15👎101
Bəşər Əsəd rejimi devrilərkən İraqa qaçan 1905 Suriya əsgəri yeni hökumətə təhvil verilib.
🤣14👍6
Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.
👍21
İndoneziya gələn il D-8 Təşkilatına ev sahibliyi edəcək.
👍61
Bu gün ölkəmizin bəzi yerlərində yağıntı gözlənilir.

Bakıda və Abşeronda gecə 3-6° isti, gündüz 7-11° isti təşkil edəcək.

❄️ Rayonlarda gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti proqnozlaşdırılır.

Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
👍21
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bakının Suraxanı rayonunda qadın 43 yaşlı kişini bıçaqlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə məscidinin yanında yerləşən evdə 1981-ci il təvəllüdlü Amil Tərlan oğlu Abbasov həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın ərini bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.
👍3
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Fərhad Natiq oğlu Qocayev “F-Marine” hotelin qarşısında “Mersedes” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kiyev kütləvi raket atəşinə tutulub. Hazırda paytaxtın Qoloseyesk rayonunda yanğın var
👍6😡2
Ucarda qadın yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Gülarəxanım Abbas qızı Quliyeva yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq qadın ölüb.

Araşdırma aparılır.
👍1👎1