Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə məlumatda qeyd edilib.
👍1
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib (FOTO)
15🤡1
❗️ Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb
🙏4😢3
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ
😡5👍4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ
Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.

Axar.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

"Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik", - məlumatda bildirilib.

Xatırladaq ki, məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.
1👍1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərq bölgəsindəki vəziyyəti müzakirə etmişik.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu bildirib.
👍9
Entoni Blinken Azerbaycanın ABŞ-dəki Fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimlə görüşüb.
👍7👎1
⚽️ "Qarabağ"ın futbolçusu Olavio Juninyo daha bir klubun maraq dairəsinə düşüb.

İspaniya "Sevilya"sı ilə yanaşı, Serbiyanın "Srvena Zvezda" komandası da braziliyalı hücumçunu transfer etmək istəyir.

Məşhur klubun 28 yaşlı forvardla danışıqlara başladığı iddia olunub.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl "Sevilya"nın Juninyo üçün göndərdiyi ilk təklifi qəbul etməyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.
👏5👍2
Rusiya Prezidenti Vladimir Putinin Vladimir Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb.

Axar.az APA-a istinadən xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında nə vaxtsa cəmiyyətin Leninin nəşinin dəfninə hazır olacağını söyləyib.

Putin bildirib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz: "Lakin nə vaxtsa cəmiyyət buna gələcək".

Qeyd edək ki, Leninin mumyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə salanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.
🤮7👍4
İsrailin BMT-dəki səfiri İran xalqına fars dilində səsləndi
👎8😁2🤮1
İtaliyanın hərbi nümayəndə heyəti Azərbaycana gəlib
🔥7👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vladimir və Volodimirin müsahibələrindəki savaş eyhamları sülhü kölgədə qoyur
🐳5🥴4
❗️Azərbaycanda ayı qırmızı kitabdan çıxarılıb.

Buna səbəb saylarının çoxalmasıdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣18👍4
Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
👍123👌3🤮1