This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Bakıda yerləşən restorana məxsus transformator yanıb

Hadisə Suraxanı rayonunda yerləşən "Nəqqaş" restoranında baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, "Nəqqaş" restoranı yeni fəaliyyətə başlayıbmış.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
İndiyə qədər 6872 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
😁2👍1
Məleykə Abbaszadə: Biz 9-cu siniflərə məsləhət xarakterli sessiyalar keçirə bilərik ki, onlar gələcəkdə hansı sahəni seçsinlər.
👍11
Şəki rayonunda sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan kişi ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, dekabrın 17-də Şəki şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Cahangir oğlu İsmayılov sərxoş vəziyyətdə yıxılaraq xəsarət alıb.

Komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən V.İsmayılov dekabrın 18-i saat 13:00 radələrində ölüb.
👍31
Suriya Əfqanıstan kimi olmayacaq.

Axar.az xəbər verir ki, bunu “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani deyib.

“Suriya Əfqanıstan deyil və olmayacaq. İki ölkə çox fərqlidir və fərqli ənənələrə malikdir. Suriyalıların mentaliteti fərqlidir”, - Colani bildirib.
👍3🤣32👎1😁1
❗️Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonum Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatla PKK-nın Cəzirə bölgəsi üzrə qadın “lideri” “Nəsrin Amed” kod adlı Yayla Qızılqayanı zərərsizləşdirib.
👍18❤‍🔥1
Türkiyədə sosial mediadan istifadə etməyə başlama yaşı 6 oldu
👍5👎5
Ermənistan hakimiyyəti Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın ölkəyə girişinə qadağa qoya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Xarici İşlər Nazirliyinə 550-yə yaxın şəxsin adı olan qara siyahı təqdim edib:

“Buraya jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının üzvləri və s. daxildir”.

Qeyd edək ki, bir neçə gün əvvəl politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirilib. İlkin məlumatlara görə, o, valideynlərinin məzarını ziyarət etmək üçün İrəvana gəlib, lakin Zvartnots hava limanında onu geri qaytarıblar.
👍41
❗️ Məleykə Abbaszadə beynəlxalq sertifikasiya proqramlarının universitetlərdə olmasını təklif edib

Beynəlxalq sertifikasiya proqramlarının bir hissəsi ali təhsil sistemində, eləcə də kurikulumlarda əksini tapmalıdır.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍61
⚡️ Suriyanın paytaxtı Dəməşqin Seyyid Zeynəb bölgəsində bir dərman anbarında çoxlu cəsəd aşkar edilib.
😢10🤬4
“Financial Times” qəzeti Donald Trampı "İlin adamı" seçib.
👍3🥰2
Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarda arabir yağıntılı olacağ gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
👍1
19.12.2024-cü il tarixində səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.
👍1
Rusiya ordusu Donetsk vilayətinin Novıy Komar yaşayış məntəqəsini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
👍7🤮3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının açılış iclasında iştirak etmək üçün Misirə yola düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.


Qeyd edilib ki, Prezident "TUR" xüsusi təyyarəsi ilə Misirin paytaxtı Qahirəyə gəlib.

Onu Qahirə Beynəlxalq Hava Limanında xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şən və Misir rəsmiləri qarşılayıblar.
👍82