Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilib.
👍3
⚡️Gəncədə 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
🤬21
ADY sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Görüşün əsas müzakirə mövzusu İranın Astara şəhərində yerləşən terminalın inkişafı, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planları olub.

ADY nümayəndə heyəti həmçinin İranın Culfa şəhərinə səfər edib, infrastrukturla tanış olub və Araz çayı üzərində dəmiryol körpüsünün inşası məsələsini müzakirə edib.
👍62👎1
Media is too big
VIEW IN TELEGRAM
Türkiyənin satın almaq istədiyi Britaniya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Eurofighter” (Tayfun) döyüş təyyarəsi Ankaraya eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Türkiyə sözügedən təyyarələrin satın alınması üçün Britaniya və Almaniya ilə danışıqlar aparır.

Bir müddət əvvəl Türkiyə milli müdafiə naziri Yaşar Gülər Qətərdə keçirilən təlimlərə qatılmaq üçün təyyarələrin Ankaraya gələcəyini və qırıcıları görmək imkanlarının olacağını bildirmişdi.
👍116❤‍🔥2
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiqləyib.

"Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.

Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb", - deyə E.Qasımov vurğulayıb.
🤬9👍1😁1
Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
👍32
❗️DİN: Sumqayıtda 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq, sürücünü aldatmaqla ona zor tətbiq edib, avtomobildə olan 127 min 298 manat pulu talayaraq qaçıblar.

Şübhəli bilinənlər 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.
👍11
Rusiya Prezidenti Vladimir Putin sabahkı birbaşa yayıma və böyük mətbuat konfransına diqqətlə hazırlaşır.
👍4😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️“Prius” yeni istifadəyə verilən elektrobusa çırpıldı

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Qəza ilə bağlı xəsarət alanlar barədə ilkin məlumat yoxdur
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣4👍2
🇹🇷🇪🇬 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə rəsmi səfər edəcək.

🔺O, əs-Sisi ilə görüş keçirməklə yanaşı D-8-in də zirvə toplantısına qatılacaq.
👍6