This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbriz Universitetinin tələbələri “Bəri bax” Azərbaycan xalq mahnısının sədaları altında rəqs ediblər.
👍20
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan: "Zəngəzur dəhlizi ifadəsi barədə onu deyə bilərəm ki, belə bir şey olmayacaq".

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş: "Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq"


Mher Qriqoryan bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək.
👍52
Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
1
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib.

Axar.az xəbər verir ki, “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməli olduğunu deyib.

Dövlət başçısı vurğulayıb ki, yardım asılılıq yaratmamalıdır:

“Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.

İlham Əliyev qeyd edib ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb.

“Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, - Prezident deyib.
5👍3
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı

ƏTRAFLI :
https://axar.az/news/siyaset/927512.html
👍5❤‍🔥21👎1🤬1🤮1
❗️Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, prosesdə hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4😁1
Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilib.
👍3
⚡️Gəncədə 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
🤬21
ADY sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Görüşün əsas müzakirə mövzusu İranın Astara şəhərində yerləşən terminalın inkişafı, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planları olub.

ADY nümayəndə heyəti həmçinin İranın Culfa şəhərinə səfər edib, infrastrukturla tanış olub və Araz çayı üzərində dəmiryol körpüsünün inşası məsələsini müzakirə edib.
👍62👎1