Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.3K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️Kəlbəcər və Laçında müxtəlif təyinatlı yollar qardan təmizlənir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İlham Əliyev: Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.

Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.
👍9❤‍🔥2🤬2👎1
⚡️Dmitri Kiselyov: Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə?

İlham Əliyev: Bəli, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir.

Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb.
👍7
İlham Əliyev: Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir.
❗️Prezident: "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍1🐳1
Saray körpüsünün sökülməsi qatarların hərəkətində təsir göstərməyəcək. (ADY)
👍3
🔖Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb.
👍92👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️ İsmayıllıda maşın dirəyə çırpıldı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
❗️Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Axar.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.

"Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq", - deyə məlumatda bildirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.
2👍2👎1
Müharibə başlayandan bəri Ukrayna ordusunun 1 milyona yaxın ölü və yaralısı olub. Həmçinin Ukrayna 20 minə yaxın tank və zirehli texnika itirib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsində 42 mindən çox insan, 1800-dən çox tank və zirehli texnikanı itirdiyini açıqlayıb.

O, Ukrayna ordusunun Kursk vilayətində irəliləməsinin dayandırıldığını, Ukrayna Silahlı Qüvvələrinin qrupları və muzdlularının Rusiyanın dərinliklərinə keçmək cəhdlərinin qarşısının alındığını söyləyib.
👍3😡21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbriz Universitetinin tələbələri “Bəri bax” Azərbaycan xalq mahnısının sədaları altında rəqs ediblər.
👍20
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan: "Zəngəzur dəhlizi ifadəsi barədə onu deyə bilərəm ki, belə bir şey olmayacaq".

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş: "Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq"


Mher Qriqoryan bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək.
👍52
Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
1