Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Bu silahlar öldürücüdür, Azərbaycan üçün təhlükə yaradır Ətraflı : https://axar.az/news/siyaset/927535.html»
❗️ Bakıda sulu qar yağacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
⚡️ Rusiya səmasında maraqlı işıqlar qeydə alındı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ Prezident İlham Əliyev: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir

Avropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?

Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16🤣5🔥1
Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpü sökülür
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda məktəbli qız servis sürücüsü tərəfindən döyüldü

“Rokna” saytı xəbər verir ki, bu gün sosial şəbəkələrdə İranda məktəbli qızın avtobus servis sürücüsü tərəfindən zorakılığa məruz qaldığını göstərən video paylaşılıb.

Məlumata görə, görüntülər sosial media istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.
🤬9👎4👍1
Bakıda daşla qətlə yetirilən 33 yaşlı Elnarənin FOTOSU
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova:

"Biz Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını müttəfiqlik öhdəliklərinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk".

Onun sözlərinə görə, Rusiya XİN dərhal məsələni aydınlaşdırmaq üçün diplomatik kanallarla İrəvana müraciət edib.
🤣4👍2
Prezident İlham Əliyev bildirib ki, COP29 zamanı Azərbaycanın üzləşdiyi əsas çətinlik zamanın azlığı olub. Azərbaycan cəmi 11 ayın içində bu nəhəng tədbirə hazırlaşıb.

Prezident Qərb KİV-lərində Azərbaycana qarşı aparılan saxta xəbər kampaniyalarından danışıb.

"The Washington Post, The New York Times, Le Figaro, Le Monde - yalançı dördlük hər gün Azərbaycana qarşı məqalələr yayımlayıb. Bu xəbərlər bizə çətinlik yaratmadı. Bu cür xəbərlər sadəcə ikrah hissi yaradır".

Ölkə başçısı qeyd edib ki, Azərbaycanın qlobal qaz emissiyalarında payı 0,1% təşkil edir. ABŞ-da 12%, Avropa İttifaqında isə daha çoxdur.
👍42👎1
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.

Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
1
Zelenski: Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq
🤡53
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəşər Əsəd rejiminin devrilməsindən sonra yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanında ilk uçuş həyata keçirilib.
👍14
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.
İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana yollanıb.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, iranlı nazir səfər zamanı Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy Məscidi ziyarət edib.

İranın rəsmi hökumət saytı Göy Məscidi qərəzli şəkildə yenidən farslaşdırmağa çalışıb:

“İrəvanın Göy Məscidi yalnız gözəlliyi və unikal dizaynı ilə deyil, həm də Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanınır”.
👍7🤮7😡2👎1