Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
33.4K subscribers
36.9K photos
22.3K videos
8 files
32.9K links
Download Telegram
Göyçayda külək fəsadlar törətdi - Foto
👍2😱1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚽️İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu 2024-cü il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.
24👍16
Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır?
😡7👍1
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib.
6
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16👍4
Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib.
Axar.az xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları - 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
😢7🙏21👍1
“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
👍42
Ucarda kabellər oğurlayan qohumlar saxlanılıblar
🤬7
Dekabrın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
👍21
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli keçid kartı”nın tətbiqinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, kartı yolun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakıdakı 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.

Hazırda yoldan həm “Sürətli keçid kartı” ilə, eyni zamanda keçid məntəqələrində bank kartı ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız kart sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən kartı əldə etmələri xahiş olunur.
👍21
Forwarded from Mikroskop🔬
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İslandiyada yerləşən Dettifos şəlaləsi. Bura Avropanın ən böyük şəlaləsi hesab olunur.

Daha maraqlı paylaşımlar görmək üçün kanalımıza abunə olun!
👍213